Beynəlxalq Atıcılıq İdmanı Federasiyası 2024-cü ilin təqvimini açıqlayıb.
İdman.biz xəbər verir ki, Dünya Kuboku Bakıda keçiriləcək.
Azərbaycandakı yarış mayın 1-12-də baş tutacaq. İlin ilk turniri isə Mərakeşin Rabat şəhərində təşkil olunacaq Dünya Kubokudur. Snayperlər fevralın 4-13-də hədəf önünə keçəcəklər.
Avropa çempionatı fevralın 24-dən martın 3-də Macarıstanın Qyor şəhərində baş tutacaq. Dünya çempionatı isə mayın 31-dən iyunun 7-dək Almaniyanın Münhen şəhərində keçiriləcək.