Əsas səhifə » “Qarabağ”ın rəqibi PSJ-nin futbolçusunu istəyir

“Qarabağ”ın rəqibi PSJ-nin futbolçusunu istəyir

Bakı. AzerPress:

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" PSJ-nin futbolçusu Şer Nduru icarəyə götürməyi planlaşdırır.

İdman.biz L'Équipe istinadən xəbər verir ki, portuqaliyalılar 19 yaşlı gənc italyalı yarımmüdafiəçini heyətinə qatmaq üçün "Beşiktaş"la mübarizə aparırlar.

2021-2023-cü ildə "Benfika"nın şərəfini qoruyan Şer ötən il Fransa klubuna satılıb. O, PSJ forması ilə cəmi 25 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında ilk oyun fevralın 15-də səfərdə, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək.

İdman.biz

Digər Kateqoriyalar

2025 © Azervoice