Əsas səhifə » “Neftçi” Türkiyə klubu ilə qarşılaşacaq

“Neftçi” Türkiyə klubu ilə qarşılaşacaq

Bakı. AzerPress:

"Neftçi"nin qış təlim-məşq toplanışındakı ilk rəqibi müəyyənləşib.

Bakı klubunun mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, Türkiyənin Antalya şəhərindəki Belek bölgəsində hazırlaşacaq komanda yanvarın 4-dən 14-dək "Gloria Sport Arena"da məskunlaşacaq.

Paytaxt təmsilçisi ilk yoxlama görüşünü yanvarın 6-da Türkiyə 1-ci liqa təmsilçisi "Erzurumspor" komandasına qarşı keçirəcək. Yanvarın 13-nə nəzərdə tutulan digər yoldaşlıq görüşündə isə rəqibin adı dəqiqləşməyib.

İdman.biz

Digər Kateqoriyalar

2025 © Azervoice