Bakı. AzerPress:
"Kimsə "Qızıl top"u qazansa, onda Lev Yaşindən üstün olacaq".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov deyib.
32 yaşlı qolkiper Rusiya mətbuatına açıqlamasında ölkəsinin tarixdəki ən yaxşı qapıçısının adını açıqlayıb: "İqor Akinfeyev həqiqətən də Rusiya futbolunun əfsanəsidir. O, mümkün və ağlagəlməz bütün rekordları qıran bir qapıçıdır. Akinfeyev böyük hörmətə layiqdir və böyük qapıçılarla bir sırada durur. Amma Yaşin dünyada yeganə qapıçıdır ki, "Qızıl top"u qazanıb. Başqa nə demək olar ki? Dünyada hansı qapıçı onunla müqayisəyə gələ bilər ki? Manuel Noyer və Canluici Buffon da "Qızıl top" qazana bilməyiblər".
Qeyd edək ki, SSRİ yığması və Moskva "Dinamo"sunun qapısını qorumuş Lev Yaşin futbol tarixində "Qızıl top"u qazanan yeganə qolkiperdir.
İdman.biz
