Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Fenerbahçe Göztəpə səfəri ilə mövsümə başlayır

    14 Avqust 2025 12:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Trendyol Super Liqasında 2025–2026 mövsümünə səfərdə Göztəpə oyunu ilə başlayacaq Fenerbahçe, mövsüm öncəsi ümumilikdə 8 qarşılaşma keçirdi.

    AzerVoice xəbər verir ki,Fənərlilər bu müddət ərzində 6 yoxlama oyunu, 2 isə rəsmi matç oynadı.

    İlk oyununu Fenerbahçe Can Bartu Təlim Mərkəzində Karagümrüklə keçirən komanda, bu görüşdən 2:2 bərabərliklə ayrıldı. Bu oyundan sonra Portuqaliyaya təlim-məşq toplanışına yollanan Fenerbahçe burada da 4 yoxlama matçında iştirak etdi.

    Sırasıyla Portuqaliya təmsilçiləri olan Portimonenseni 2:1, Uniao de Leirianı isə 2:0 hesabı ilə məğlub edən sarı-lacivərtlilər, dünya ulduzlarını heyətində birləşdirən Al-Ittihad qarşısında isə 4:0 hesablı inamlı qələbə qazandı. Hazırlıq mərhələsindəki son oyununda isə Portuqaliyanın güclü komandası Benficaya 3:2 hesabı ilə uduzdu.

    Portuqaliya toplanışından sonra İstanbula qayıdan Fenerbahçe, son hazırlıq matçını evində İtaliyanın güclü təmsilçisi Lazioya qarşı keçirdi.

    Baş məşqçi Joze Mourinhonun komandası azarkeşlərinin önündə keçirdiyi bu qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrıldı.

    Fenerbahçe yeni mövsümdə Super Liqaya başlamazdan əvvəl ilk rəsmi oyunlarını Avropa səhnəsində keçirdi.

    UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Niderland nəhəngi Feyenoordla qarşılaşan Fenerbahçe, ilk oyunu səfərdə 2:1 hesabı ilə uduzdu.

    Ancaq Kadıköydə baş tutan cavab görüşündə rəqibini 5:2 hesabı ilə məğlub edən Mourinho və komandası pley-off mərhələsinə vəsiqə qazandı.

    Fenerbahçe mövsüm öncəsi oyunlarda hücum xəttində yüksək performans göstərdi.

    Joze Mourinhonun yetirmələri oynadığı 8 matçda 19 qol vurdu, lakin qapısından 10 qol buraxmaqdan da yayına bilmədi.

    #UEFA #Fenerbahçe #Avropa liqası #UEFA Millətlər Liqası #UEFA Avropa Liqası #UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi #Türkiyə Super Liqası #UEFA Çempionlar Liqası #Süper Liqa rekord qollar #Süper Liqa sürətli qollar #Süper Liqa erkən qollar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fənərbaxça, bu gün Avropa Liqasında Ştuttqartla qarşılaşacaq

    23 Oktyabr 2025 09:49

    Qalatasaray UEFA Çempionlar Liqasının 331-ci matçına çıxır

    22 Oktyabr 2025 09:52

    “Qarabağ” bu gün Çempionlar Liqasında “Atletik Bilbao” ilə qarşılaşacaq

    22 Oktyabr 2025 09:39

    Fənərbaxça–Ştuttqart qarşılaşmasının hakimi bəlli olub

    21 Oktyabr 2025 17:01

    Çempionlar Liqasında üçüncü turun həyəcanı başlayır

    20 Oktyabr 2025 13:26

    Qalatasaray Beşiktaşa qarşı son 8 ev oyununda məğlub olmayıb

    4 Oktyabr 2025 11:40

    Biz Azərbaycanın Qarabağıyıq - Qurban Qurbanov

    2 Oktyabr 2025 09:40

    Qarabağdan Möhtəşəm Qələbə – Kopenhagen 2:0 məğlub edildi

    1 Oktyabr 2025 22:38

    Ronaldo 2026 Dünya Çempionatında Portuqaliya üçün həlledici fiqur kimi görülür

    1 Oktyabr 2025 17:50

    Çempionlar Liqası: Qarabağın növbəti sınağı

    1 Oktyabr 2025 09:45

    Bakı metropoliteni gücləndirilmiş rejimdə çalışacaq

    30 Sentyabr 2025 18:02

    Çempionlar Liqası: Real Madrid ilk dəfə Qazaxıstanda səfər oyununa çıxır

    30 Sentyabr 2025 14:57
    Demo
    XƏBƏR LENTİ

    “Dəmir qadın” Sanai Takaiçi - Yaponiyanın ilk qadın baş naziri

    İran XİN Qazaxıstanın Respublika Günü münasibətilə təbrik edib

    Ərəb miqrantları və ABŞ - Kök salan icmaların tarixi

    Trabzonspor Eyüpspor qarşısında qalibiyyət seriyasını uzatmaq istəyir

    Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb

    Türkiyənin Bodrum limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Tramp Kim ilə görüşəcək ?

    Xarici İşlər Nazirliyi Qazaxıstanı təbrik edib

    İran, Rusiya və Çin MAQATE-yə ortaq məktub göndərib

    Türkiyədən Türkmənistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.