BAKI, AzerVoice, Nailə Babazadə
Trabzonspor, Trendyol Süper Liqasının 2-ci turunda səfərdə Kasımpaşa ilə qarşılaşır.
AzerVoice xəbər verir ki, Kasımpaşa ilə Trabzonspor arasında keçiriləcək qarşılaşma İstanbuldakı Recep Tayyip Erdoğan Stadionunda saat 21:30-da başlayacaq. Oyunu Cihan Aydın idarə edəcək.
Liqa mövsümünə evində Kocaelispor üzərində 1-0 qələbə ilə başlayan Trabzonspor, Kasımpaşa səfərindən də qalibiyyətlə dönərək 2 mövsümdən sonra ilk iki oyundan maksimum xalla ayrılmağı hədəfləyir.
Mövsümə Antalyaspor səfərində 2-1 məğlubiyyətlə başlayan, Şota Arveladzenin rəhbərlik etdiyi Kasımpaşa isə bu mövsümdə ilk xal və ya xallarını qazanmaq üçün meydana çıxacaq.
Trabzonspor ilə Kasımpaşa bu dəfə İstanbulda 33-cü dəfə üz-üzə gələcəklər.
İndiyədək iki komanda arasında keçirilmiş 32 liqa oyununda Trabzonspor 14 dəfə qalib gəlib. Kasımpaşa isə 8 dəfə qalib gəlib, 10 oyun isə heç-heçə ilə başa çatıb.
2007-2008 mövsümündən bəri davam edən rəqabətdə Trabzonspor 57 qol vurub, Kasımpaşa isə 42 cavab qolu ilə yadda qalıb.
Trabzonspor, Kasımpaşa ilə İstanbulda keçirdiyi oyunlarda üstünlük qazana bilməyib.
Kasımpaşa səfərində keçirilmiş 16 oyunun 6-sında Trabzonspor qalib gəlib. 6 oyun heç-heçə, 4 oyun isə Kasımpaşanın qələbəsi ilə nəticələnib.
Trabzonspor bu səfərlərdə 28 qol vurub, 18 qol buraxıb.
Son dövrlərdə iki komanda arasında keçirilən oyunlarda Kasımpaşa üstünlük əldə edib.
Son 3 mövsümdə keçirilmiş 6 oyunun 2-sini Kasımpaşa qazanıb, 3 oyun heç-heçə, yalnız 1 oyun isə Trabzonsporun qələbəsi ilə başa çatıb.
Kasımpaşa, 2022-2023 mövsümündə səfərdə 0-0 hesablı heç-heçə etdiyi rəqibini evdə 2-0 məğlub edib. 2023-2024 mövsümündə Trabzondakı oyunu İstanbul təmsilçisi 3-2 qazanıb, İstanbuldakı oyunda isə Trabzonspor 5-1 hesablı böyük qələbə əldə edib.
Keçən mövsüm Papara Parkda oynanılan oyun 2-2, İstanbuldakı qarşılaşma isə 1-1 hesabı ilə başa çatıb.