15
BAKI, AzerVoice
ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb.
AzerVoice xəbər verir ki, Massaçusets Yanğın Departamenti yerli vaxtla axşam saat 22:00 radələrində ştatın Fall River bölgəsindəki qocalar evində yanğının baş verdiyini açıqlayıb.
Açıqlamada əlavə edilib ki, təxminən 70 nəfərin yaşadığı obyektdə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, lakin 9 nəfər ölüb.
Obyektin bəzi sakinləri xilas edilərək xəstəxanaya çatdırılıb, beş yanğınsöndürən isə yüngül xəsarətlər alıb.