10
BAKI, AzerVoice
Fransanın paytaxtı Parisdən təxminən 100 kilometr məsafədə yerləşən Şart şəhəri yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.
AzerVoice xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti yerli prefekturaya istinadla məlumat yayıb.
Məlumata əsasən, hadisə nəticəsində 3 nəfər həlak olub.
Prefektura tərəfindən verilən açıqlamaya görə, təyyarə yaşayış məhəlləsinə düşsə də, birbaşa evlərin üzərinə çırpılmayıb. Qəzanın dəqiq səbəbi hələlik məlum deyil.
Hadisə yerinə polis qüvvələri cəlb olunub və ərazi mühafizəyə alınıb. Araşdırmalar davam etdirilir.