14
BAKI, AzerVoice
İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi", Dortmund "Borussiya"sının gənc futbolçusu Ceymi Binoe-Gittensi heyətinə qatmağa hazırlaşır.
AzerVoice xəbər verir ki, bu barədə "The Athlethic" məlumat yayıb.
Məlumata görə, 20 yaşlı hücumçu komandadan ayrılmaq istəyir və getmək istədiyi yeganə komanda "Çelsi"dir.
"Dortmund" rəhbərliyi, İngilis oyunçunun satışına yeni mövsüm planlamalarına büdcə yaratmaq məqsədilə müsbət yanaşır.
Oyunçu tərəfi bu transferi 2026 Dünya Kuboku üçün İngiltərə yığmasına daxil olmaq şansı olaraq görür.
Qeyd edək ki, "Borussia Dortmund" ilə bu mövsüm 48 oyuna çıxan Ceymi Binoe-Gittens, bu oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.