Əsas səhifə » İsrail Qəzzada Savaşmağı Rədd edən Hərbçiyə Həbs Cəzası Verib

İsrail Qəzzada Savaşmağı Rədd edən Hərbçiyə Həbs Cəzası Verib

BAKI,AzerVoice

İsraildə bir hərbi məhkəmə, 7 Oktyabr 2023-dən bəri İsrail ordusunun Qəzzaya qarşı davam etdirdiyi hücuma qatılmağı rədd edən hərbçiyə 25 gün həbs cəzası verib.

AzerVoice xəbər verir ki, hərbi məhkəmə, hərbçi Ron Veinerə, 7 Oktyabr 2023-dən bəri 270 günlük xidmət müddətini tamamlamasına baxmayaraq, Qəzzadakı müharibəyə qatılmaqdan imtina etdiyi üçün 25 gün həbs cəzası verib.

Qəzzada müharibə etməkdən imtina etdiyi üçün keçən həftə 20 günlük həbsə məhkum edilən Veiner, həbsxanaya göndərilib.

Veiner, Qəzzada saxlanılan İsrailli əsirlərin, müharibənin dayandırılması ilə bağlı tələb edilsə belə geri gətirilməsini istəyən hərəkatın önəmli fəallarından biridir.

İsraildə may ayında, iki hərbçiyə Qəzzada hücuma qatılmamaqları səbəbilə hərbi məhkəmə tərəfindən həbs cəzası verilmişdi.

Qeyd edək ki, İsrail ordusu may ayının əvvəlində Qəzzada genişlənmiş məhv müharibəsinə hazırlıq məqsədilə on minlərlə yedək hərbçini vəzifəyə çağırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice