BAKI,AzerVoice
2025 UEFA Millətlər Liqasının finalında Portuqaliya, İspaniyanı penaltılarda 5-3 məğlub edərək çempion oldu.
AzerVoice xəbər verir ki, Münhendəki Allianz Arenada keçirilən oyunda, İspaniyanın 21-ci dəqiqədə Martin Zubimendinin qol ilə 1-0 öndə başladığı qarşılaşmada, Portuqaliya 26-cı dəqiqədə Nuno Mendesin vurduğu qol ilə tarazlığı təmin etdi.
45-ci dəqiqədə isə Mikel Oyarzabal, İspaniyanı yenidən 2-1 önə keçirdi.
Portuqaliyanın təcrübəli kapitanı Kriştiano Ronaldo, 61-ci dəqiqədə Portuqaliyaya ikinci qolu gətirdi və hesab 2-2 oldu.
Uzatmalarda da heç bir komanda üstünlük qazana bilmədikdən sonra, oyun penaltı vuruluşlarına keçib.
İspaniyanın Qalatasaray formasını geyən hücumçusu Alvaro Moratanın 4-cü penaltısını qaçırması ilə Portuqaliya, tarixindəki ikinci Millətlər Liqası çempionluğuna imza atdı.