Əsas səhifə » Zidan Yunayted və Çelsinin təklifini rədd edib

Zidan Yunayted və Çelsinin təklifini rədd edib

BAKI, AzerVoice

Zinəddin Zidan Mançester Yunayted və Çelsidən gələn təklifləri rədd edib.

AzerVoice xəbər verir ki, bu barədə Fransa millisinin sabiq futbolçusu Marsel Desayi bildirib.

Desayinin sözlərinə görə, Zidan pul üçün yox, Fransa millisinin baş məşqçi postunu gözlədiyi üçün bu təklifləri qəbul etməyib.

Qeyd edək ki, Didye Deşamın Fransa yığmasındakı müqaviləsi 2026 Dünya Çempionatından sonra başa çatır və bu vəzifənin Zidan üçün açıq olacağı gözlənilir. Zidan 2021-ci ildə Real Madriddən ayrıldıqdan sonra heç bir klubu çalışdırmayıb.

Məlumat üçün bildirək ki, Zidan bir il üçün 100 milyon avro qazanacağı Səudiyyə Ərəbistanı çempionatından gələn təklifi də rədd edib. Onun əsas hədəfi Fransa millisinin baş məşqçisi postudur. 2026 Dünya Çempionatından əvvəl başqa komanda çalışdıracağı gözlənilmir.

Digər Kateqoriyalar

2025 © Azervoice