Əsas səhifə » Bu gün EURO-2024 başlayır

Bu gün EURO-2024 başlayır

Bakı,VOA:

Bu gün EURO-2024 Almaniya müsabiqəsi başlayır.

VOA xəbər verir ki, ilk görüş turnirə ev sahibliyi edən Almaniya ilə Şotlandiya milli komandaları arasında olacaq.

Görüş Bakı vaxtı ilə 23:00 da başlayacaq.

Qeyd edək ki, 2024 UEFA Avropa Çempionatı (UEFA Euro 2024) UEFA üzvü assosiasiyaların kişi milli komandaları üçün dörd ildən bir təşkil edilən UEFA Avropa Çempionatının 17-ci buraxılışı olacaq. 14 iyun - 14 iyul tarixlərində Almaniyanın 10 şəhərinin 10 stadionunda baş tutacaq turnirdə 24 milli yığma mübarizə aparacaq.

Turnir üçüncü dəfədir ki, Almaniya ərazisində, ikinci dəfə isə yenidən birləşdirilmiş Almaniyada keçiriləcək. Bundan əvvəl 1988-ci ildəki turnir Qərbi Almaniyada keçirilmiş, Münhen şəhəri isə bir neçə ölkədə təşkil edilən Avro 2020-nin dörd oyununa ev sahibliyi etmişdir. Leypsiq şəhərinin turnirin keçiriləcəyi şəhərlər arasında olması turnirin ilk dəfə keçmiş Şərqi Almaniyada keçirilməsini təmin edəcək. Bununla da, Avro 2024 birləşmiş Almaniyanın tək ev sahibi ölkə qismində təşkilatçılıq çıxış etdiyi ilk turnir olacaq. Bu turnirdən sonra Avropa Çempionatları həmişəki dördillik rejimə qayıdacaq (bundan əvvəl turnirin 2020-ci ildə keçiriləcək versiyası COVID-19 pandemiyası səbəbilə 2021-ci ilə təxirə salınmışdı). Turnirin qalibi daha sonra 2025 CONMEBOL-UEFA Çempionları Kuboku matçında Kopa Amerika 2024 turnirinin qalibinə qarşı oynayacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice