Əsas səhifə » Suriyada yanğınlar nəzarət altına alınıb

Suriyada yanğınlar nəzarət altına alınıb

BAKI, AzerVoice

Suriyadakı yanğınlar nəzarət altına alınıb.

AzerVoice xəbər verir ki, bu barədə Suriyanın Mülki Müdafiə İdarəsi və Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyanın sahil bölgəsi olan Latakiya vilayətindəki meşəlik ərazilərdə baş verən yanğınlarla mübarizə artıq nəticə verib.

Yanğınlar 10 gün əvvəl başlayaraq sıx meşələrlə örtülü bir neçə dağ silsiləsinə yayılıb. Onların yayılmasına güclü küləklər, yay istisi və ölkədə 13 ildir davam edən vətəndaş müharibəsindən sonra qalan partlamamış hərbi sursatlar təsir edib.

Yanğınsöndürənlər təhlükəli şəraitdə fəaliyyət göstərib, havadan dəstək verən qüvvələrlə və mühəndis bölmələri ilə birlikdə alovun yayılmasının qarşısını almaq üçün yanğın zolaqları yaradılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice