Türkiyənin Fənərbaxça klubu yeni mövsümdə Mourinyo və Lukakunu transfer etmək istəyir.
AzerVoice xəbər verir ki, yenidən prezidentliyə namizədliyini açıqlayan Ali Koçun məşqçilər siyahısında Joze Mourinyonun adı var.
Fənərbaxçanın ulduz hücumçu Romelu Lukakunu transfer edəcəyidə iddia edilir. Mövsümün əvvəlində Lukakunu icarəyə götürən Roma belçikalı hücumçunu komandada saxlamağı planlaşdırmır.
Qeyd edək ki, daha əvvəl Çelsi, Mançester Yunayted və Romada birgə çalışmış Joze Mourinyo və Romelu Lukakunun transferi gerçəkləşərsə, dördüncü fərqli komandalarında birlikdə çalışacaqlar.