136
BAKI,AzerVoice
İngiltərə Premyer Liqasının 27-ci həftəsində lider Liverpul xallarının sayını 67-yə yüksəldib
AzerVoice xəbər verir ki, İngiltərə Premyer Liqasının 27-ci həftəsində lider Liverpul Nyukasl Yunaytedi qəbul edib.
Enfild stadionunda keçirilən matçda Liverpul 2:0 hesabı ilə qalib gələrək çempionluğa doğru daha bir nəhəng addım atıb.
Liverpula 3 xalı gətirən qolları 11-ci dəqiqədə Dominik Szoboszlai və 63-cü dəqiqədə Aleksis Mak Allister vurub.
Bu nəticə ilə lider Liverpul xallarını 67-yə yüksəldib, Arsenalın Nottingem Forestlə heç-heçə etməsi ilə xal fərqi bir oyunla 13-ə yüksəlib.