Bakı. AzerVoice:
“Qarabağ” Azərbaycan Premyer Liqasındakı qələbə seriyasını 8-ə çatdırıb.
İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri XIX turda “Araz-Naxçıvan”a 3:1 hesabı ilə qalib gəlib.
XI turda məhz bu rəqibə 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi həmin vaxtdan xal itirməyib. Bu müddətdə “Qarabağ” “Kəpəz”i 7:1, “Səbail”i 3:1, “Sabah”ı 2:1, “Qəbələ”ni 3:0, “Sumqayıt”ı 6:1, “Neftçi”ni 2:0, “Zirə”ni 1:0, “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə üstələyib.
Bu, hazırda dünya ölkələrinin yüksək liqalarında davam edən seriyalar arasında “Top-6”da yer alıb. Planetin birincisi isə TNS-dir. Bu komanda Uels çempionatında ardıcıl 16 qələbə əldə edib.
“Vikinqur” İslandiyada 13, “Əl-Hilal” Səudiyyə Ərəbistanında 12 qələbəni sıralamaqla “Qarabağ”dan öndədir. Azərbaycan çempionu 4-cü yerə üç şərikdən biridir. Burundidə “Rukinzo”, Türkmənistanda “Arkadaq” da son 8 qarşılaşmada xal itirməyib.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu yanvarın 27-də “Kəpəz”ə qarşı keçirəcək.
İdman.biz
