İdman.biz saytının studiyasından növbəti veriliş yayımlanıb. Saytın studiyasının budəfəki qonağı Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov olub.
Qonağımız milli komandalarımızın beynəlxalq arenalara dönməsini, qadınlardan ibarət 3X3 yığmamızın Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya şanslarını, ölkə çempionatında gedən gərgin rəqabəti şərh edib, idmanın bu növünün daha da inkişafı üçün atılacaq addımlardan söhbət açıb və basketbolmuzun bu gününü dəyərləndirib.