Əsas səhifə » Ramil Quliyev karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Ramil Quliyev karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Bakı. AzerPress:

“Artıq idmançı olaraq Azərbaycana qayıtmaq mümkün deyil. Amma başqa vəzifəyə təklif olunarsa, əlbəttə, dönərəm”.

Bunu İdman.bizə Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev deyib.

33 yaşlı dünya və Avropa çempionu karyerasını bitirəcəyi vaxtı açıqlayıb. O bildirib ki, bu il onun üçün son mövsümüdür: “Parisdə keçiriləcək Yay Olimpiya Oyunları sonuncu böyük yarışım olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Quliyev 2011-ci ilə qədər Azərbaycan millisinin şərəfini qoruyub. Sonradan “ay-ulduzlu” formanı geyinən həmyerlimiz 2017-ci ildə dünya, 1 il sonra isə Avropa çempionu adını qazanıb. Quliyev Türkiyədə 2018-ci ilin ən yaxşı idmançısı seçilib.

İdman.biz

Digər Kateqoriyalar

2025 © Azervoice