Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib

    18 Noyabr 2025 15:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin bilik və yaradıcılıq potensialını gücləndirməyə xidmət edən 3 müxtəlif maarifləndirici layihə keçirilib.

    AzerVoice xəbər verir ki, tədbirlərin ilki AzMİU-nun İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri Rasim Abdullayev tərəfindən startup sahəsinə dair geniş təlim təqdim edilib. Təlimdə iştirakçılar biznes ideyasının formalaşdırılması, bazar araşdırması, layihəni inkişaf etdirmə prinsipləri və uğurlu startup quruculuğunun əsas mərhələləri barədə ətraflı məlumat əldə ediblər. Gənclər üçün praktik nümunələr və real təcrübələr əsasında keçirilən sessiya onların sahibkarlıq düşüncəsini gücləndirməklə yanaşı, innovativ yanaşmalar formalaşdırmağa şərait yaradıb.

    Digər görüş isə tanınmış aktyor, rejissor, rəssam və Azərbaycanın Əməkdar Artisti Qurban Məsimov ilə keçirilib. Gənclər aktyorluq sənətinin incəlikləri, yaradıcılıq prosesinin mərhələləri və səhnə fəaliyyətinin spesifik cəhətləri ilə daha yaxından tanış olublar. Usta sənətkar öz şəxsi təcrübələrindən nümunələr gətirərək gənclərə motivasiya verib və onların incəsənət sahəsinə marağının artmasına töhfə verib.

    Gənclər arasında keçirilən “Düşüncənin Gücü” adlı intellektual yarış isə tədbirlərin ən rəqabət dolu keçəni olub. Fərqli mövzular üzrə bilik yarışı gənclərin məntiqi düşünmə bacarıqlarını, komanda işini və müzakirə qabiliyyətini gücləndirməyə xidmət edir. Yarışın sonunda qalib komanda seçilərək mükafatlandırılıb.

    Hər üç tədbirin əsas məqsədi gənclərin inkişafına dəstək göstərmək, onların həm innovativ, həm yaradıcı, həm də intellektual potensialını gücləndirmək olub. Sessiyalarda interaktiv müzakirələr, sual-cavab mərhələləri və təcrübə mübadiləsi təşkil edilib. Tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək fəallıqla yadda qalıb.

    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib
    #Azərbaycan #AZMİU #Azərbaycan Respublikasının Gənclər Fondu #Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi #Qurban Məsimov #AzMİU-nun İnnovativ Biznes İnkubator bölməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    USACC ABŞ–Azərbaycan ticarət və biznes konfransı keçirəcək

    2 Yanvar 2026 10:15

    Azərbaycan XİN İsveçrəyə başsağlığı verib

    1 Yanvar 2026 17:06

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram tədbirində iştirak ediblər

    1 Yanvar 2026 16:59

    29-31 dekabr tarixlərində paytaxtdan bölgələrə 25000-dən çox sərnişin daşınıb

    1 Yanvar 2026 16:36

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib

    1 Yanvar 2026 14:22

    Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb

    30 Dekabr 2025 18:34

    İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən 7800-dən çox şəxsin məşğulluğu təmin edilib

    30 Dekabr 2025 18:01

    Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib

    30 Dekabr 2025 17:47

    İstanbul sahillərində Azərbaycan bayraqlı tanker üçün təcili yardım çağırışı verildi

    30 Dekabr 2025 13:43

    Milli Məclisin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciəti qəbul edilib

    30 Dekabr 2025 12:43

    Moskvada Müstəqil Dövlətlər Birliyi ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclası keçirilmişdir

    30 Dekabr 2025 11:05

    Bu gün SSRİ quruldu

    30 Dekabr 2025 09:00
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 3 yanvar

    Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib

    Mask Somalinin BMT-dəki aimi nümayəndəsinin həbs olunmasına çağırıb

    Ancelina Coli "Rəfah" keçid məntəqəsini ziyarət edib

    Kanada Baş naziri Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedəcək

    Britaniyada açıqlanan sənədlər Toni Bleyerin İraq müharibəsində iştirak etmiş britaniyalı hərbçilərin məhkəməsinə təsir göstərdiyi iddialarını gündəmə gətirib

    Kocaelidə 18 İŞİD üzvü həbs edilib

    Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

    İraq Səddam Hüseyndən sonra: diktaturadan “Frankenşteyn dövlətinə” doğru

    Almaniyada bank seyflərindən 105 milyon dollara yaxın vəsait oğurlanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.