BAKI, AzerVoice
Xəzər Universitetində “Müasir Dövrdə Ailə Dəyərlərimiz” mövzusunda elmi-praktiki konfrans təşkil olunub.
AzerVoice xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, universitetin professor-müəllim heyəti, tələbələr və media nümayəndələri ilə yanaşı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.
Konfrans Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub.
Ardınca ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rəsmilər müasir dövrdə ailə dəyərlərinin qarşılaşdığı sosial və mədəni təhdidlər, gənclər arasında ailə institutuna yanaşma tərzləri, eləcə də ailə dəyərlərinin təbliğində maarifləndirmə və təhsil müəssisələrinin rolu barədə fikirlərini bölüşüblər.
Konfrans iştirakçıları ailənin cəmiyyətin təməl sütunu olduğunu
vurğulayaraq, bu dəyərlərin qorunmasının strateji əhəmiyyət
daşıdığını qeyd ediblər.
Fərid Mikayılov




