Əsas səhifə » ABŞ böyük miqyasda hipersəs silahlarını istehsal edir - Tramp

ABŞ böyük miqyasda hipersəs silahlarını istehsal edir - Tramp

BAKI, AzerVoice

ABŞ hipersəs silahlarının hazırlanmasını başa çatdırıb və hazırda bu silahları böyük miqdarda istehsal edir.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Biz onları (hipersəs raketlərini – red.) hazırladıq və indi onları istehsal edirik, özü də böyük miqdarda” – deyə, Tramp qeyd edib. O, silahlarla bağlı əlavə təfərrüat açıqlamayıb.

Tramp bir daha iddia edib ki, Rusiya öz hipersəs silahlarını yalnız ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasından müvafiq məlumatları əldə etdikdən sonra hazırlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice