BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika ordusu Ukraynada aparılan döyüş əməliyyatları zamanı pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi təcrübəsini fəal şəkildə öyrənir.
AzerVoice xəbər verir ki, bu barədə Tramp Nyu-York ştatındakı Vest-Poynt Hərbi Akademiyasının məzunları qarşısında çıxışında bildirib.
“İstər inanın, istər inanmayın, amma siz elə bir sahədə – elə bir peşədəsiniz ki, hər şey müharibə qədər sürətlə dəyişir” – deyə, Tramp qeyd edib.
“Bunu təəssüf ki, Rusiya və Ukrayna arasında baş verənlərdən görürük. Biz bu təcrübəni öyrənirik. Bu, öyrənilməsi çox qorxulu bir şeydir, lakin müxtəlif döyüş üsullarının şahidi oluruq. Məsələn, yüksək sürətlə və dəqiqliklə enən PUA-lar görürük. Biz heç vaxt belə bir şeyi görməmişdik – heç vaxt. Biz bundan dərs alırıq, çünki sizin peşəniz sürətlə dəyişir” – deyə, Tramp əlavə edib.