Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Konqonun sabiq prezidenti istintaqa cəlb oluna bilər

    25 May 2025 04:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Həftə ərzində Konqo Demokratik Respublikasının (KDR) Senatı keçmiş prezident Jozef Kabilanın toxunulmazlığını ləğv etdikdən sonra onun işi Hərbi Prokurorluq tərəfindən araşdırılacaq.

    AzerVoice xəbər verir ki, bu barədə Konqo mətbuatı məlumat yayıb.

    Məlumatda qeyd edilib ki, Kabilanı hərbi tribunal gözləyə bilər.

    Sabiq prezident olaraq Jozef Kabila ömürlük senator tituluna malikdir və bu status normalda onu hüquqi təqiblərdən qoruyur. Lakin Senatın səs çoxluğu ilə qəbul etdiyi qərarla onun toxunulmazlığı aradan qaldırılıb və bu, Hərbi Prokurorluğa onu məhkəmə məsuliyyətinə cəlb etməyə hüquqi əsas verir.

    Hakimiyyət orqanları Kabilanı ölkənin şərqində fəaliyyət göstərən "Konqo Çayı Alyansı" (ARK) adlı üsyançı təşkilat, o cümlədən onun tərkibində olan “23 Mart Hərəkatı” (M23) ilə əlaqədə, həmçinin hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittiham edir. Kabila bu ittihamları rədd edir və onları siyasi motivli sayır.

    Ötən ilin avqust ayında hazırkı prezident Feliks Çisekedi Kabilanı qiyam hazırlığında ittiham etmişdi. Bu ilin mart ayında isə KDR-in baş nazir müavini, nəqliyyat naziri Jan-Pyer Bemba keçmiş prezidenti ARK və M23 qiyamçılarını dəstəkləməkdə günahlandırmış və bu barədə sübutlarının olduğunu açıqlamışdı.

    #Konqo
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ilə Konqo arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    4 Avqust 2025 19:51

    Konqoda ekstremist qruplaşma 40-dan çox insianı qətlə yetirib

    27 İyul 2025 18:28

    BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçilib

    3 İyun 2025 20:03

    Konqo ilə ABŞ arasında xammal razılaşması bu yay imzalana bilər

    25 May 2025 19:22

    Konqoda daşqın faciəsi

    12 May 2025 09:36

    Papa Fransisk Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını arzulayıb

    20 Aprel 2025 17:15

    Qlobal edamların sayı artır - Amnesty İnternational

    8 Aprel 2025 17:40

    Türkiyə və Konqo arasında beynəlxalq müqavilə təsdiqlənib

    5 Mart 2025 12:04

    Konqonun Qoma şəhərinə üsyançılar nəzarəti ələ keçiriblər

    27 Yanvar 2025 11:45

    Demokratik Konqoda 200-ə yaxın şəxs məhkum edilib

    6 Yanvar 2025 15:21

    Konqoda gəmi qəzaya uğrayıb, yüzdən çox insan həyatını itirib

    5 Oktyabr 2024 11:29

    Konqoda qayığın batması nəticəsində 80-dən çox insan itkin düşüb

    12 İyun 2024 03:10
    XƏBƏR LENTİ

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İnşaat Kollecinə yeni direktor təyin olunub

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.