Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Səudiyyə Ərəbistanı

    Səudiyyə və ABŞ F-35 qırıcılarının Ər-Riyada satışını müzakirə ediblər

    13 May 2025 20:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ və Səudiyyə rəsmiləri F-35 qırıcılarının Ər-Riyada mümkün satışını müzakirə ediblər.

    AzerVoice xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

    Məlumata görə, Səudiyyə Ərəbistanı artıq bir neçə ildir ki, ABŞ istehsalı olan F-35 qırıcıları ilə maraqlanır. Mənbələrə görə, hazırda Vaşinqtonun bu təyyarələrin satışına icazə verib-verməyəcəyi bəlli deyil.

    ABŞ və Səudiyyə Ərəbistanı Vaşinqtonun İsrailə ərəb ölkələrindən daha üstün silah sistemləri verməsi ilə bağlı zəmanət məsələsini də müzakirə ediblər.

    Qeyd edək ki, Tramp yanvar ayında vəzifəyə başladıqdan sonra bugün ilk rəsmi səfəri ilə Səudiyyə Ərəbistanına gəlib. Bu səfər çərçivəsində Tramp Qətər və Birləşmiş Ərəb Əmirliklərini də ziyarət edəcək.

    Səfər zamanı ABŞ və Səudiyyə Ərəbistanı strateji iqtisadi tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu saziş energetika, müdafiə, mədən sənayesi, kosmos və səhiyyə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Yeni razılaşma çərçivəsində tərəflər gələcək müdafiə imkanlarına dair niyyət məktubu və həmçinin energetika, mineral resurslar və kosmosun tədqiqi sahəsində anlaşma memorandumları imzalayıblar.

    #Səudiyyə Ərəbistanı #ABŞ #Donald Tramp #F-35 #əməkdaşlıq #saziş #səfər #Səudiyyə Ərəbistanına səfər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Türkiyə istehsalı pilotsuz dəniz vasitələri Səudiyyədə

    11 Fevral 2026 13:12

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47

    Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens

    10 Fevral 2026 22:42

    Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır - ABŞ-nin Vitse-prezidenti

    10 Fevral 2026 22:40

    Azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldu - Vens

    10 Fevral 2026 22:39

    Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    10 Fevral 2026 17:50
    XƏBƏR LENTİ

    Rolls-Roycenin yapon rəqibi: Century brendi qloballaşır

    Porschenin elektrikli Boxster və Cayman modelləri ləğv edilə bilər

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    İranla bir ay ərzində razılıq əldə oluna bilər – Tramp

    Dollar zəifləyir: Tramp bunu risk deyil, strategiya sayır

    Bu gün Kipr Türk Federe Dövləti elan edildi

    13 Fevral: Şimali Kipr Türk Cumhuriyyətinin Elanı, Erzincan Zəfəri və Dresden Cəhənnəmi - Tam Xronika

    “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.