BAKI, AzerVoice
Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Trend-in məlumatına görə, Zelim Kotsoyev (100 kiloqram) və Südabə Ağayeva (70 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.
Aytac Qardaşxanlı (70 kiloqram), Günel Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.