ABŞ Prezidenti “Somalilandı doğrudan da tanıyan varmı?” sualını səsləndirərək, tanınma qərarının bu mərhələdə verilməyəcəyini açıqlayıb. Somalilandın strateji əhəmiyyətə malik Aden körfəzində liman təklif etməsi ilə bağlı suala isə Trampın “Nə böyük hadisə!” deyə istehzalı cavab verdiyi qeyd olunub.
Axtarış nəticələri "Benyamin Netanyahu" (700)
Somali Federal Respublikası ölkənin suverenliyinin, milli birliyinin və ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını vurğulayaraq, Somalilandı tanıyan İsrailə sərt reaksiya göstərib. Somali Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yaydığı yazılı açıqlamada Somalinin suverenliyinin, milli birliyinin və ərazi bütövlüyünün Somali Federal Respublikasının Müvəqqəti Konstitusiyası, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Afrika Birliyinin Təsis Aktı ilə təminat altına alındığı qeyd olunub.
İsrail Somaliland regionunu müstəqil dövlət kimi tanıdığını açıqlayıb. Bununla da İsrail Somalilandı rəsmi şəkildə tanıyan ilk dövlət olub. Qərar bölgədə siyasi və diplomatik müzakirələrə səbəb olub, Türkiyə tərəfindən isə bu addıma etiraz ifadə edilib. İsrail Baş nazirinin Mətbuat Ofisinin yaydığı yazılı açıqlamada bildirilir ki, tanıma qərarı İsrailin Baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilandın rəhbəri Məhəmməd Abdullahi arasında imzalanan sənəd əsasında rəsmiləşdirilib. Açıqlamada tərəflərin tanıma sənədini imzaladıqları videobağlantıya dair görüntülərin də paylaşıldığı qeyd olunub.
Səudiyyə Ərəbistanının 2025-ci ildə həyata keçirdiyi xarici siyasət ölkənin regional və beynəlxalq proseslərdə iştirakını, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq mexanizmlərini əhatə edib. Riyadın bu dövrdə əsas diqqət yetirdiyi məsələlər arasında Qəzza zolağındakı müharibə ilə bağlı diplomatik təşəbbüslər, məcburi köçürmələrə qarşı mövqe, iki dövlətli həll konsepsiyası, Fələstin dövlətinin yaradılmasına dair çağırışlar, Suriya üzrə humanitar və siyasi addımlar, həmçinin regional təhlükəsizlik, o cümlədən Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) çərçivəsində təhlükəsizlik məsələləri yer alıb. Eyni zamanda ABŞ və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da davam etdirilib.
İsrail Baş naziri Benyamin Netanyahunun, koalisyon hökumətindəki fikir ayrılıqları səbəbindən erkən seçkilərin keçirilməsini planladığı bildirilib.Yeddioth Ahronoth qəzetinin məlumatına görə, Netanyahu xüsusilə Ultra-Ortodoks yəhudiləri maraqlandıran hərbi xidmət qanun layihəsi və büdcə məsələlərindəki fikir ayrılıqları üzündən erkən seçki seçimini dəyərləndirir. Netanyahu ictimaiyyət qarşısında hökumətin vəzifə müddətini tamamlayacağını açıqlasa da, kurmaylarına oktyabr ayında keçiriləcək ümumi seçkilərin erkən keçirilməsi üçün hazırlıq işlərinə başlanması göstərişi verib.
İsrailin baş naziri Benyamin Netanyahunun keçmiş köməkçisi və mətbuat katibi Eli Feldşteyn 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan dərhal sonra baş nazirin ondan təhlükəsizlik boşluğu ilə bağlı məsuliyyətdən yayınmaq üçün plan hazırlamağı tələb etdiyini iddia edib. Onun sözlərinə görə, hücumdan sonra Netanyahudan aldığı “ilk tapşırıq” ictimaiyyət və mediada məsuliyyət məsələsinin gündəmdən çıxarılması olub. Feldşteyn bildirib ki, baş nazir mediada məsuliyyət mövzusunun müzakirə edilib-edilmədiyi ilə maraqlanıb və bu mövzuda yaranmış təzyiqin necə neytrallaşdırıla biləcəyi barədə təkliflər istəyib.
ABŞ və İsrail tərəfindən İranın raket və nüvə imkanlarını yenidən bərpa etməsi ilə bağlı xəbərdarlıqlar güclənir. Təhlükəsizlik qiymətləndirmələrinə görə, iyun müharibəsi zamanı İran obyektlərinə endirilən zərbələr təhlükəni tam aradan qaldırmayıb. Vaşinqton Tehran tərəfinin Fordo obyektinin bombalanmasından sonra “mesajı tam dərk etmədiyini” bildirərkən, Təl-Əviv zamanın daraldığını, hərbi variantların yenidən gündəmə gəldiyini və yanlış hesablamaların istənilmədən yeni toqquşmaya yol aça biləcəyini vurğulayır.
İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Cənubi Kiprin lideri Nikos Xristodulidis Qərbi Qüdsdə keçirilən üçtərəfli zirvə çərçivəsində bir araya gəliblər.
İsrailin xarici işlər naziri Gideon Saar Qərb ölkələrində antisemitizmin artması fonunda yəhudiləri İsrailə köçməyə çağırıb. Saar bu çağırışı yəhudi Hanukka bayramının son günü münasibətilə keçirilən mərasimdə səsləndirib. Onun sözlərinə görə, yəhudilərin bütün dünyada təhlükəsiz yaşamaq hüququ olsa da, mövcud vəziyyət ciddi narahatlıq doğurur. Nazir bildirib ki, antisemitizmin artması yəhudilərin təhlükəsizliyinə birbaşa təhdid yaradır və tarixi təcrübə bu cür proseslərin nəticələrini açıq şəkildə göstərir. O, İngiltərə, Fransa, Avstraliya, Kanada və Belçikada yaşayan yəhudiləri İsrailə köçməyə çağırıb.
İran bazar ertəsi günü raket proqramının sırf müdafiə məqsədi daşıdığını və hücumların qarşısını almağa yönəldiyini bəyan edərək, ölkənin raket arsenalının müzakirə mövzusu olmadığını bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, ölkənin raket proqramı İran ərazisini qorumaq məqsədilə hazırlanıb və danışıqlar predmeti deyil. “İranın raket proqramı ölkənin ərazi bütövlüyünü müdafiə etmək üçün inkişaf etdirilib, bu, müzakirə mövzusu deyil. Aqressorları İranı hədəfə almaq fikrindən daşındırmaq üçün nəzərdə tutulan müdafiə imkanlarımız danışıla bilməz,” – deyə Bəqayi vurğulayıb.
İsrail və Misir arasında uzun müddətdir müzakirə olunan təbii qaz ixracı sazişi rəsmi şəkildə imzalanıb. İsrail Baş naziri Benyamin Netanyahu bu sazişi ölkə tarixindəki “ən böyük təbii qaz ixracı sazişi” adlandırıb. Sazişin ümumi dəyəri təxminən 112 milyard İsrail şekeli (təxminən 34–35 milyard ABŞ dolları) olaraq açıqlanıb və bu məbləğin təxminən yarısının birbaşa İsrail dövlət gəlirlərinə töhfə verməsi gözlənilir. Saziş çərçivəsində Leviathan dəniz qaz yatağından çıxarılan qazın 2040-cı ilə qədər Misirə tədarük olunması planlaşdırılır. Son illərdə Misirin təbii qaz istehsalı azalaraq ölkənin artan daxili tələbatını ödəmək üçün milyardlarla dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməsinə səbəb olmuşdu. İsraildən gələcək qazın Misirin daxili tələbatını dəstəkləyəcəyi və LNG ixrac imkanlarını artıracağı gözlənilir.
İsrailin Livan hökumətinə Hizbullahın silahsızlaşdırılması üçün verdiyi möhlətin başa çatmasına az qalsa da, qiymətləndirmələrə görə, İsrail ordusu ABŞ-dan açıq razılıq almadan İrana bağlı bu qruplaşmaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa risk etməyəcək. Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats ötən ilin noyabrında Hizbullaha silahlarını ilin sonuna qədər təhvil vermək üçün möhlət qoymuş, əks halda İsrail ordusunun Livanda ona qarşı geniş hərbi əməliyyat həyata keçirəcəyini bildirmişdi.
Fələstinin HƏMAS hərəkatı İsrailin baş naziri Benyamin Netanyahunun Qüdsdə Məscid-i Əqsa kompleksində yerləşən əl-Burak Divarı ərazisində dini ayinlərdə iştirak etməsi ilə bağlı bəyanat yayıb. HƏMAS bəyanatında bu addımın mövcud status-kvonu pozduğunu və müqəddəs məkanlara dair həssas balansı risk altına aldığını bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Tom Barrak ilə görüşüb. Görüş, bu ayın sonlarında Florida ştatında keçirilməsi planlaşdırılan ABŞ–İsrail sammiti ərəfəsində Vaşinqtonun Netanyahoya ünvanladığı açıq və sərt mesajlar fonunda baş tutub. İsrail mediasının məlumatına görə, danışıqlarda əsas diqqət Qəzza zolağındakı vəziyyət, Suriyada təhlükəsizlik məsələləri və Netanyahunun Tramp ilə gözlənilən görüşünə yönəlib. ABŞ tərəfi Qəzzada atəşkəsin ikinci mərhələsinə keçidin vacibliyini vurğulayaraq, Türkiyənin mümkün beynəlxalq missiyada rolunun əhəmiyyətini ön plana çıxarıb. Bildirilib ki, Türkiyə HƏMAS üzərində təsir imkanlarına malik əsas aktorlardan biridir və prosesdən kənarda saxlanılması planın risk altına düşməsinə səbəb ola bilər.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Ankara üzrə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın Türkiyənin Qəzzada mümkün rolu ilə bağlı açıqlamalarından narazılıq ifadə edib və məsələni Vaşinqtonun diqqətinə çatdırıb. Bu barədə İsrail mətbuatı məlumat yayıb.
İsrailin işğalçı hökumətinin başçısı Benyamin Netanyahu Nyu-Yorka ayaq basmadan belə ABŞ-ın iki yüksək vəzifəli rəsmisi arasında açıq qarşıdurma yarandı. Hər iki rəsmisinin eyni Demokrat Partiyasına mənsub olmasına baxmayaraq, mübahisənin əsasında İsrail işğal rejiminin siyasətlərinə verilən dəstək, susqunluq və ya ona qarşı çıxış məsələsi dayanırdı. Nyu-York şəhərinin yeni seçilmiş gənc meri Zahran Məmdani bəyan etdi ki, Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı həbs orderinə əsasən Netanyahu şəhərə gələrsə, onun tutulması barədə göstəriş verəcək. Lakin ştatın qubernatoru Keti Hoçul açıqladı ki, merin səlahiyyətləri buna imkan vermir, çünki Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ ərazisində hüquqi yurisdiksiyası yoxdur.
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan Böyük Britaniya hökumətinin İsrailin Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarı çıxarılması istiqamətində atılan addımlar davam edəcəyi təqdirdə məhkəməni maliyyə baxımından cəzalandırmaqla hədələdiyini iddia edib.
ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında yerləşdirilməsi nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsinə (BSQ) rəhbərlik etmək üçün ABŞ ordusunun general-mayor rütbəli zabitini təyin etməyi nəzərdən keçirdiyi bildirilir. Məlumat ABŞ mərkəzli “Axios” nəşrinə danışan iki amerikalı və iki israilli rəsmi şəxsə əsaslanır.
İsrail Baş naziri Benyamin Netanyahu dekabrın 29-da ABŞ Prezidenti Donald Tramp ilə Qəzza atəşkəsi planının növbəti mərhələlərini müzakirə edəcək.
ABŞ-ın BMT-dəki səfiri Mayk Uoltz şənbə günü Yaxın Şərqə səfərə başlayır. Səfərin məqsədi Prezident Donald Trampın Qəzza üzrə 20 maddəlik sülh planını təşviq etmək və BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinin icrasına dəstək verməkdir.
İsrail ordusu cənubi Livanda Hizbullahın mövqelərinə qarşı yeni hava zərbələri həyata keçirib. Hücumlar Livan və İsrailin mülki nümayəndələrinin onilliklərdən sonra ilk dəfə birbaşa danışıqlar aparmasından cəmi bir gün sonra baş verib.
İsrail tarixində elə dövrlər olub ki, dövlət nə orduya, nə diplomatiyaya, nə də iqtisadiyyata görə dayanıb. Onu ayaqda saxlayan ən böyük sütun insanların inamı idi. Yəhudilər onlara “vəəd olunan” torpaqların gələcəyi olduğuna dair dərin, kollektiv inama sahib idilər.
İsrail Baş naziri Benyamin Netanyahunun hakim koalisiyası çərşənbə günü Knessetdə keçirilən və ABŞ Prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoyan planına dəstək verən səsvermədə iştirak etməyib.
İsrailin Baş naziri Benyamin Netanyahu İsraillə Suriya arasında mümkün razılaşmanın əldə edilə biləcəyini və Dəməşqdən başlayaraq Hərmon dağının ətəklərinədək uzanan demilitarizasiya olunmuş təhlükəsizlik zolağının yaradılmasını gözlədiyini bildirib.