Axtarış nəticələri "Donald Tramp" (2330)

ABŞ Prezidenti Donald Tramp ölkədəki seçkiləri "fırıldaqçılıq" adlandıraraq, mövcud sistemin bütün dünyada alay mövzusuna çevrildiyini iddia edib. O, seçki prosesinin şəffaflığını təmin etmək üçün səsvermə zamanı seçici şəxsiyyət vəsiqəsinin və vətəndaşlıq sənədinin təqdim edilməsinin məcburi olmasını tələb edib.

İranlılar 1979-cu il inqilabından sonra hakimiyyəti ələ keçirən rejimə etiraz olaraq dəfələrlə küçələrə çıxıblar. Bu mənzərə İslam Respublikası tarixində tanış olsa da, bu dəfəki etirazlar daha dərin və təhlükəli mənalar daşıyır. Artıq etirazların hərəkətverici qüvvəsi yalnız rejimin ideoloji və repressiv xarakteri ilə məhdudlaşmır; bu qəzəb gündəlik həyatın hər sahəsinə toxunan boğucu iqtisadi çətinlikləri də əhatə edir. Qəzəb dairəsi genişləndikcə, diqqətçəkən bir hadisə baş verdi: ənənəvi olaraq rejimin dayaqlarından sayılan və əvvəlki etirazlarda məsafə saxlayan Tehran bazarı tacirləri də prosesə qoşuldular. Onların ön cəbhəyə çıxması hakimiyyət üçün narahatlıq doğuran bir dönüşdür, baxmayaraq ki, bu, mütləq rejimin sonunun yaxınlaşdığının qəti göstəricisi deyil.

Hindistan və Amerika Birləşmiş Ştatları aylarla davam edən danışıqlardan sonra ticarət sazişi əldə etdiklərini rəsmən elan ediblər. Bu barədə bazar ertəsi günü ABŞ Prezidenti Donald Tramp və Hindistanın Baş naziri Narendra Modi sosial media hesablarında məlumat paylaşıblar. Tramp sazişi "Truth Social" platformasında ilk elan edən tərəf olub. O, bir sıra bəndləri sadalayaraq bildirib ki, Hindistan "Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan, bəlkə də Venesueladan daha böyük həcmdə neft almağa" razılıq verib.

İsrailin Baş naziri Binyamin Netanyahu çərşənbə günü Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. İsrail Baş nazirinin ofisinin açıqlamasına görə, görüşün əsas gündəm mövzusu İranla aparılan danışıqlar olacaq. Netanyahu hesab edir ki, Tehranla istənilən razılaşma yalnız nüvə proqramı ilə məhdudlaşmamalı, eyni zamanda ballistik raketlərin məhdudlaşdırılmasını və İranın regiondakı silahlı qruplara verdiyi dəstəyin dayandırılmasını da əhatə etməlidir.

ABŞ Qəzza sektoru üzrə Sülh Şurası liderlərinin görüşünü fevralın 19-da Vaşinqtonda keçirməyi planlaşdırır. Nəşrdə bildirilib ki, ABŞ rəsmisinin və Qəzza üzrə Sülh Şurasına daxil olan dörd ölkənin diplomatlarının sözlərinə görə, Ağ Ev şura liderlərinin görüşünü fevralın 19-da keçirməyi nəzərdə tutur. Portalın məlumatına əsasən, görüş ABŞ Sülh İnstitutunda (USIP) baş tuta bilər. Sözügedən institut daha əvvəl ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılıb. İlk görüşdən bir gün əvvəl Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında danışıqların aparılması gözlənilir.

ABŞ Prezidenti Donald Tramp Omanda keçirilən İran müzakirəsinin ardından qiymətləndirmələr aparıb. Görüşün çox yaxşı keçdiyini bildirən Tramp, gələn həftə İran tərəfi ilə yenidən bir araya gəlinəcəyini söyləyib. ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsində Omanda İran ilə keçirilən müzakirəyə dair jurnalistlərin suallarını cavablandırıb.

Hindistan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində iri həcmli ticarət və tədarük razılaşması üzrə mühüm detallar ictimaiyyətə təqdim olunub. Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyalın açıqlamasına əsasən, ABŞ-dən təyyarə tədarükü ilə bağlı “Boeing” şirkətinə verilməsi planlaşdırılan və hazır vəziyyətdə olan sifarişlərin ümumi dəyəri təxminən 70–80 milyard dollar təşkil edir. Nazir bildirib ki, mühərriklər və ehtiyat hissələri də nəzərə alındıqda bu məbləğ 100 milyard dollara çata bilər.

ABŞ hökuməti İranda davam edən təhlükəsizlik risklərini əsas gətirərək, bu ölkədəki vətəndaşlarına növbəti dəfə "ölkəni dərhal tərk etmə" çağırışı edib. ABŞ-ın Tehrandakı Virtual Səfirliyi tərəfindən yayımlanan xəbərdarlıqda vətəndaşlardan Vaşinqtonun köməyinə güvənmədən, təcili çıxış planı hazırlamaları istənilib.

ABŞ hərbçiləri cümə axşamı günü Sakit okeanın şərqində narkotik qaçaqmalçılığında ittiham olunan bir qayığa qarşı daha bir ölümcül zərbə endirdiklərini açıqlayıblar. ABŞ Cənub Komandanlığının verdiyi məlumata görə, Sakit okeandakı narkotrafik marşrutları ilə hərəkət edən qayıqda olan iki nəfər hücum nəticəsində həlak olub. Sosial mediada paylaşılan görüntülərdə hərəkət halında olan qayığın partlayaraq alovlandığı əks olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan həqiqətən yaxşı liderlərdir. Amerika lideri bir sıra beynəlxalq münaqişələrin nizamlanmasında öz rolunu yenidən xatırladıb. “Mən Kamboca ilə Tailand, Kosovo ilə Serbiya, Pakistan ilə Hindistan, İsrail ilə İran, Ermənistan ilə Azərbaycan arasında baş verən şiddətli müharibələrə son qoydum”, – deyə ABŞ Prezidenti bildirib.

Donald Tramp ABŞ–İran danışıqları ərəfəsində verdiyi bəyanatda İranın müharibə istəmədiyini bildirib. Prezidentin sözlərinə görə, Tehran Vaşinqtonla hərbi toqquşma yox, diplomatik müzakirələr yolu ilə razılaşmaya nail olmağa çalışır. “İran müzakirə istəyir, onlar vurulmağı istəmirlər”, – deyə Tramp qeyd edib.

Amerika və İran arasındakı gərginliyin bölgəni yeni bir çatışmaya sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu net şəkildə ortaya qoyduq və bunu həmsöhbətlərimizə çatdırdıq. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Prezident Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşdüyünü, dərhal ertəsi gün isə İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar apardığını qeyd edib.

ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində özünə mümkün varis məsələsində mövqe tutmaqdan imtina edib. Tramp qeyd edib ki, hər iki siyasətçi hazırda öz vəzifələrini yüksək səviyyədə icra edir və bu mərhələdə varislik məsələsini gündəmə gətirmək istəmir. Prezidentin sözlərinə görə, seçkilərə hələ üç il vaxt qalır və indidən bu mövzuda mübahisə yaratmaq niyyətində deyil.

ABŞ Prezidenti Donald Tramp, həyata keçirdikləri hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmaq təşəbbüsündə bulunduğunu iddia edib. Tramp, İran ilə cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən görüşlər ərəfəsində "NBC News"a gündəmlə bağlı açıqlamalar verib. İranın ABŞ ordusunun vurduğu nüvə obyektlərinə qayıda bilmədiyini, lakin ölkənin başqa bir nöqtəsində yeni bir nüvə obyekti qurmağı düşündüyünü irəli sürən Tramp: "Bunu öyrəndik və 'Bunu etsəniz, çox ağır nəticələri olar' dedim," — ifadəsini işlədib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı apardığını açıqlayıb. Donald Tramp telefon danışığında ticarət, hərbi məsələlər, aprel ayında Çinə planlaşdırılan səfər, Tayvan ətrafındakı vəziyyət, Rusiya–Ukrayna müharibəsi, İranla bağlı proseslər, eləcə də Çinin ABŞ-dan neft, təbii qaz və kənd təsərrüfatı məhsulları idxalı kimi mövzuların müzakirə edildiyini bildirib.

İsrail ordusu ABŞ Prezidenti Donald Trampın atəşkəs planının ikinci mərhələsinə uyğun olaraq Qəzza zolağındakı "Sarı xətt" boyunca xüsusi toplama məntəqələri yaradıb. Bu məntəqələr HƏMAS-ın öz silahlarını beynəlxalq sabitləşdirmə qüvvələrinə təhvil verməsi üçün nəzərdə tutulub. Planlaşdırılan prosesə əsasən, toplanan silahlar İsrailə daşınaraq orada məhv edilməlidir.