Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    TRIPP regional və qlobal əhəmiyyətə malik olacaq - Paşinyan

    9 Fevral 2026 20:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    ABŞ-nin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) regional və qlobal əhəmiyyət daşıyacaq.

    AzerVoice-un məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti Cey Di Venslə birgə mətbuat konfransı zamanı deyib.

    “Biz Vaşinqton sammitinin əsas nailiyyətlərindən biri olan — “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladıq. Bu ilin 13 yanvar tarixində Ermənistanın xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında imzalanmış layihənin icrasına dair çərçivə sazişinə uyğun olaraq təsdiqlədik ki, bu layihə ən mühüm sülhyaratma dividendləri ilə yanaşı, Qərb və Şərq arasında maneəsiz kommunikasiyanın inkişafına töhfə verərək regional və qlobal əhəmiyyətə də malik olacaq”, – deyə o bildirib.

    Paşinyanın sözlərinə görə, tərəflər layihənin icrası üzrə hazırlıq işlərindən, eləcə də bir neçə gün əvvəl başlanmış texniki-iqtisadi əsaslandırma tədqiqatlarında əldə olunan irəliləyişdən məmnunluqlarını ifadə ediblər.

    Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adını alıb.

    #ABŞ prezidenti Donald Tramp #Ermənistanın Baş naziri Nikol Paşinyan #ABŞ-nin vitse-prezidenti Cey Di Vens #Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TRIPP regional və qlobal əhəmiyyətə malik olacaq - Paşinyan

    9 Fevral 2026 20:23

    Tramp Marşrutu ticarət, tranzit və enerji axınları üçün tamamilə yeni imkanlar açacaq - Vens

    9 Fevral 2026 20:20

    Sülh hər bir kəsə lazımdır - Ermənistanın Baş naziri

    4 Fevral 2026 18:20

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

    30 Yanvar 2026 09:09

    ABŞ bütün dünyada nüvə enerjisinin inkişafını dəstəkləyir - Tramp

    21 Yanvar 2026 18:15

    Netanyahu Trampdan İrana hücumu təxirə salmasını xahiş edib

    15 Yanvar 2026 22:54

    Amerika şirkətləri Venesuelanın neft sənayesinin bərpasına milyardlarla dollar sərmayə qoyacaq - Tramp

    3 Yanvar 2026 21:30

    ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat həyata keçirib - Tramp

    3 Yanvar 2026 21:11

    Tramp Maduronun əli qandallı fotosunu paylaşıb

    3 Yanvar 2026 20:46

    Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib

    11 Dekabr 2025 20:32

    İraq müharibəsinin memarı Bleyer, Qəzzada sülh göyərçini ola bilərmi

    3 Oktyabr 2025 12:00

    Trampın öldüyü barədə şayiələr... İnsanların bu qənaətə gəlməsinə səbəb olan əsas amillər

    4 Sentyabr 2025 12:32
    Demo
    XƏBƏR LENTİ

    Eczacıbaşı Holdingin İdarə Heyətinin sədri ilə görüş keçirilib

    Xamenei regional müharibə barədə xəbərdarlıq edib

    Prezident İlham Əliyev: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq

    Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir

    TRIPP regional və qlobal əhəmiyyətə malik olacaq - Paşinyan

    Tramp Marşrutu ticarət, tranzit və enerji axınları üçün tamamilə yeni imkanlar açacaq - Vens

    ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatları ilə əməkdaşlıq müzakirə olundu

    Cey Di Vensin səfəri ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir - Səfirlik

    MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələndi

    Hindistan hakim partiyası tərəfindən yerli müsəlmanları hədəf alan video yayımlanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.