Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Hindistan ABŞ-la 80 milyard dollarlıq nəhəng tədarük razılaşmasını açıqlayıb

    6 Fevral 2026 19:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Hindistan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində iri həcmli ticarət və tədarük razılaşması üzrə mühüm detallar ictimaiyyətə təqdim olunub.

    AzerVoice xəbər verir ki, Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyalın açıqlamasına əsasən, ABŞ-dən təyyarə tədarükü ilə bağlı “Boeing” şirkətinə verilməsi planlaşdırılan və hazır vəziyyətdə olan sifarişlərin ümumi dəyəri təxminən 70–80 milyard dollar təşkil edir. Nazir bildirib ki, mühərriklər və ehtiyat hissələri də nəzərə alındıqda bu məbləğ 100 milyard dollara çata bilər.

    “The Indian Express” nəşrinin məlumatına görə, Piyuş Qoyal jurnalistlərə açıqlamasında Hindistan və ABŞ arasında yeni ikitərəfli ticarət sazişinin birinci mərhələsinin mart ayının ortalarınadək imzalanacağını deyib. Nazir əlavə edib ki, razılaşma ilə bağlı birgə bəyanat yaxın günlərdə yayımlanacaq.

    Qoyalın sözlərinə görə, saziş çərçivəsində ABŞ tərəfindən prezident fərmanı ilə Hindistana tətbiq olunan gömrük rüsumları 18 faizə endiriləcək. Bunun müqabilində Hindistanın ABŞ məhsullarına tətbiq etdiyi gömrük rüsumlarının sıfırlanması nəzərdə tutulur.

    Nazir qeyd edib ki, razılaşma ümumilikdə 500 milyard dollarlıq satınalma öhdəliyini əhatə edir. Bu çərçivədə Hindistan ABŞ-dan enerji daşıyıcıları, texnologiya məhsulları, kənd təsərrüfatı məhsulları və kömür daxil olmaqla müxtəlif kateqoriyalar üzrə iri həcmdə tədarük həyata keçirəcək.

    Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində Hindistana tətbiq olunan gömrük tariflərinin 25 faizdən 18 faizə endiriləcəyini açıqlamışdı. O, Hindistanın da cavab olaraq ABŞ məhsullarına tətbiq etdiyi gömrük vergilərini ləğv edəcəyini bildirmişdi. Tramp həmçinin Hindistanın ABŞ bazarından 500 milyard dollar həcmində məhsul alacağını bəyan etmişdi.

    #Hindistan ABŞ-dən 80 milyard dollarlıq təyyarə tədarükü planlaşdırır #Hindistan–ABŞ arasında 500 milyard dollarlıq ticarət razılaşması #Hindistan Boeing-dən iri həcmli sifarişlərə hazırlaşır #ABŞ Hindistan üçün gömrük rüsumlarını azaldır #Hindistan ABŞ-dən enerji və texnologiya idxalını artırır #Hindistanla ABŞ arasında yeni ticarət sazişi imzalanacaq #Hindistan ABD’den 80 milyar dolarlık uçak tedariki yapacak #Hindistan-ABD arasında dev ticaret anlaşması #Boeing’e 70–80 milyar dolarlık sipariş gündemde #ABD Hindistan’a uygulanan gümrük vergisini düşürüyor #Hindistan ABD’den enerji ve teknoloji alacak #Yeni Hindistan-ABD ticaret anlaşması martta imzalanacak
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ABŞ-la Maskat dialoqunu müsbət qiymətləndirib

    6 Fevral 2026 20:12

    Hindistan ABŞ-la 80 milyard dollarlıq nəhəng tədarük razılaşmasını açıqlayıb

    6 Fevral 2026 19:54

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42

    Yunan zabit NATO sirrlərini Çinə ötürməkdə ittiham olunur

    6 Fevral 2026 12:56

    İran və Oman XİN rəhbərləri Maskatda görüşüb

    6 Fevral 2026 12:04

    Danışıqlarda ciddi irəliləyiş əldə olunub - Kiyev

    6 Fevral 2026 09:47

    Danışıqlara raket proqramı və uranın zənginləşdirilməsi daxil deyil - İran

    5 Fevral 2026 21:28

    İran Fars körfəzində iki xarici neft tankerini saxlayıb

    5 Fevral 2026 19:50

    Aİ-də İsrailə qarşı sanksiyalar məsələsi gündəmdə saxlanılır

    5 Fevral 2026 19:18

    İran müharibə yox, danışıqlar istəyir - Tramp

    5 Fevral 2026 18:38

    Rusiya Kiyev və Xarkovu raket və PUA-larla vurdu - Ukrayna

    5 Fevral 2026 12:51

    Tramp, Vens və Rubio arasında seçimdən yayınır

    5 Fevral 2026 11:52
    Demo
    XƏBƏR LENTİ

    İran ABŞ-la Maskat dialoqunu müsbət qiymətləndirib

    Hindistan ABŞ-la 80 milyard dollarlıq nəhəng tədarük razılaşmasını açıqlayıb

    Prezident İlham Əliyev AAYDA İdarə Heyətinə yeni sədr təyin edib

    Azərbaycan və Pakistan HDQ-ləri arasında əməkdaşlıq genişləndirilir

    Rusiya səfiri XİN-ə çağırıldı, Zatulinə qarşı tədbir tələb olundu

    Axar-Baxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiq edilib

    Azərbaycanda strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib

    Türkiyənin gücünü dünyaya bir daha nümayiş etdirdik, 455 min yeni mənzil istifadəyə verildi - Ərdoğan

    İki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

    bp Mirzə Qədim İrəvaninin 200 illik irsinin təbliğinə dəstək verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.