27 noyabr 2024 səhərinin erkən saatlarından sonra Suriya artıq əvvəlki Suriya deyildi. “Hücumları Əngəlləmə Əməliyyatı” başladıqdan sonra on dörd il davam edən inqilab, müharibə və parçalanmadan sonra gözlənilən an gəldi. Yalnız on iki gün ərzində Bəşşar Əsəd rejimi görünməmiş sürətlə dağılaraq vilayətlər tədricən azad edildi və 8 dekabr səhəri döyüşçülər Dəməşqə daxil olaraq rejimin sona çatdığını elan etdilər. Eyni günün axşamı rejim lideri Moskvaya qaçarkən görüntüləndi.
Axtarış nəticələri "Donald Tramp" (2331)
Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani bildirib ki, Qəzza müharibəsində ABŞ tərəfindən dəstəklənən atəşkəsin möhkəmləndirilməsi ilə bağlı danışıqlar “kritik mərhələdədir” və hazırkı vəziyyəti tam atəşkəs adlandırmaq mümkün deyil.
İsrail ordusunun Qəzza Zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 48 saatda 6 nəfər artaraq 70 354-ə çatıb. Qəzza Sağlamlıq Nazirliyi yazılı açıqlamasında İsrail hücumlarında baş verən ölənlərin sayı və dağıntılardan çıxarılan cəsədlərlə bağlı son məlumatları paylaşıb. Bildirilib ki, son 48 saat ərzində İsrail hücumlarında 5-i dağıntı altından çıxarılan 6 Fələstinli və 15 yaralı xəstəxanalara çatdırılıb.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda qeyd olunub: Hörmətli cənab Prezident.Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.
Kanada hökuməti Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardığını açıqlayıb. Kanada Xarici İşlər Nazirliyi eyni zamanda Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının da “terror təşkilatı” statusundan çıxarıldığını bildirib. HTŞ Əsədi devirməkdə mühüm rol oynamış koalisiyaya liderlik edən qurum idi.
Suriya Prezidenti Əhməd Əş-Şəraa Bəşşər Əsədi devirdikdən sonra ölkənin beynəlxalq nüfuzunu bərpa edib və sanksiyaların ləğvinə nail olub. Lakin keçmiş silahlı qruplaşma liderinin əsas sınağı ölkə daxilində etimad qazanmaqdır.
FIFA 2026-cı il Dünya Çempionatının püşkatması zamanı gözlənilməz qərarla ABŞ Prezidenti Donald Trampa yeni “FIFA Sülh Mükafatı”nı təqdim edib. Bu, qurumun idmandan kənar sahəyə yönələn ilk belə addımı kimi qiymətləndirilir.
ABŞ Prezidenti Donald Tramp administrasiyası yeni milli təhlükəsizlik strategiyasını açıqlayıb. Sənəddə Vaşinqtonun qlobal liderlik rolundan çəkilərək Latın Amerikasında daha sərt mövqe tutacağı və miqrasiyaya qarşı mübarizəni gücləndirəcəyi bildirilib.
Türkiyə enerji təhlükəsizliyini şaxələndirmək məqsədilə Rusiyadan qaz idxalına dair mövcud müqavilələri bir il müddətinə uzadıb və paralel olaraq ABŞ qaz hasilatı sektoruna sərmayə yatırmağı planlaşdırır. Bunu energetika naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərə açıqlamasında bildirib.
Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxış edib.
Kanada Ukraynaya 143 milyon dollar məbləğində hərbi yardım göstərəcəyini açıqlayıb. Kanada Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. "Kanada, NATO-nun Önəmli Ukrayna Ehtiyacları Siyahısı (PURL) çərçivəsində ABŞ-dan tədarük ediləcək kritik hərbi imkanları əhatə edən paketini alacaq. Kanadanın bu pakətə töhfəsi 200 milyon Kanada dolları (təxminən 143 milyon dollar) olacaq."- deyə açıqlamada bildirilib.
ABŞ Prezidenti Donald Tramp, Qəzzadakı atəşkəs prosesinin davam etdiyini bildirərək “ikinci mərhələnin çox yaxın zamanda həyata keçiriləcəyini” söylədi. ABŞ Prezidenti Tramp, Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin gündəmə dair suallarını cavablandırıb. Tramp, Qəzzada ikinci mərhələyə nə vaxt keçiləcəyi ilə bağlı sualı cavablandırarkən prosesin irəlilədiyini vurğulayıb və “İkinci mərhələ çox tezliklə baş tutacaq” deyə qeyd edib. ABŞ Prezidenti həmçinin Qəzzada və Yaxın Şərqdə sülhün olduğunu və bu prosesi 59 ölkənin dəstəklədiyini bildirib, bunun əhəmiyyətli beynəlxalq dəstək olduğunu qeyd edib.
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı narkotiklərlə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatların yaxın vaxtlarda qurudan müdaxilələrlə də genişlənəcəyini bəyan edib. Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandıran Tramp administrasiyasının Venesuela üzərində təzyiqi artırdığını vurğulayıb.
İsrail Baş naziri Benyamin Netanyahunun hakim koalisiyası çərşənbə günü Knessetdə keçirilən və ABŞ Prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoyan planına dəstək verən səsvermədə iştirak etməyib.
Cənubi Koreya Dövlət Başçısı Li Cae Myonq, ölkəsində istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi və ya uran zənginləşdirmə fəaliyyəti üçün ortaq müəssisə yaradılması barədə ABŞ Prezidenti Donald Tramp ilə razılığa gəldiklərini bildirib. Cənubi Koreyada nəşr olunan The Chosun Daily qəzetinin məlumatına görə, Li, paytaxt Seulda təşkil edilən mətbuat konfransında, ölkəsinin nüvə sahəsində atdığı addımlar barədə danışıb. Li, Trampın istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi və ya uran zənginləşdirmə fəaliyyətlərinin Cənubi Koreyada həyata keçirilməsini və bunun üçün iki ölkə arasında 50-50 ortaq müəssisə yaradılmasını təklif etdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp Tayvanla münasibətlər üçün institusional qaydaları nəzərdən keçirmək və hesabat vermək üzrə Dövlət Departamentinin mövcud öhdəliklərini daimi olaraq genişləndirən Tayvan Təminatının İcrası Qanununu imzalayıb. Ağ Ev Trampın Dövlət Departamentinə Tayvanla rəsmi əlaqələr üçün qaydaları ən azı beş ildən bir nəzərdən keçirməyi tapşıran Tayvan Təminatının İcrası Qanununu imzaladığını açıqlayıb.
İsrail ordusunun Qəzza Zolağında apardığı hücumlar nəticəsində həyatını itirənlərin sayı son 48 saatda 5 nəfər artaraq, ümumilikdə 70 min 117-yə yüksəlib. Qəzza Sağlıq Nazirliyi hücumlar nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları yayıb. Yayılan açıqlamaya görə, son 48 saatda birinin enkaz altından çıxarıldığı 5 Filistinlinin cəsədi və 13 yaralının xəstəxanalara çatdırıldığı bildirilib. Ateşkəsin tətbiqindən sonra isə İsrailin Qəzza Zolağındakı hücumlarında 360 nəfər həyatını itirib, 922 nəfər yaralanıb. Enkazlardan isə 617 cəsədin çıxarıldığı qeyd edilib.
Sudanın Sürətli Dəstək Qüvvələri (RSF) ölkənin cənubunda yerləşən strateji nəqliyyat qovşağı Babanusa şəhərinə tam nəzarət etdiyini açıqlayıb. Qüvvələr bunu Sudanın Qərbi Kordofan əyalətində davam edən müharibənin yeni cəbhə xətti kimi qiymətləndirib.
İsrailin Baş naziri Benyamin Netanyahu İsraillə Suriya arasında mümkün razılaşmanın əldə edilə biləcəyini və Dəməşqdən başlayaraq Hərmon dağının ətəklərinədək uzanan demilitarizasiya olunmuş təhlükəsizlik zolağının yaradılmasını gözlədiyini bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp tərəfindən yaxın vaxtlarda Ağ Evə dəvət edilib. Bu barədə bazar ertəsi iki lider arasında baş tutan telefon danışığından sonra Baş nazirin ofisi məlumat yayıb.
ABŞ Prezidenti bir il əvvəl Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Şəraanın koalisiyası ilə İsrail arasında təhlükəsizlik sazişi istiqamətində çalışdığını xatırladıb. Lakin İsrailin son aylarda Suriyaya qarşı həyata keçirdiyi yüzlərlə zərbə gərginliyi artırıb. İsrail cümə günü cənubda həyata keçirdiyi və 13 nəfərin öldüyü əməliyyatın “ekstremist qruplaşmanı” hədəf aldığını açıqlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu uzun illərdir davam edən korrupsiya işi çərçivəsində ölkə prezidentinə əfv müraciəti göndərdikdən sonra bu gün ilk dəfə məhkəmə iclasında iştirak edib. Müraciətə ABŞ Prezidenti Donald Trampın açıq şəkildə dəstək verməsi ölkədə siyasi polemikanı daha da dərinləşdirib.
ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem, məhkəmə qərarına baxmayaraq, Venezuelalı miqrantların El Salvadora deportasiyası əmri verdiyini təsdiqləyib.NBC News-un “Meet the Press” proqramına müsahibəsində Noem bildirib ki, deportasiya uçuşlarının davam etdirilməsi qərarı onun öz səlahiyyətindədir. “Noem bildirib ki, deportasiya qərarlarının harada və nə vaxt icra olunacağı Daxili Təhlükəsizlik Nazirliyində mənim səlahiyyətimdədir. Təhlükəli cinayətkarların ölkədən çıxarılmasını təmin etmək üçün doğru olanı etməyə davam edəcəyik”, – deyə o qeyd edib.
İsrailin Baş naziri Benyamin Netanyahu illərdir davam edən korrupsiya məhkəməsi çərçivəsində bazar günü dövlət başçısına rəsmi əfv müraciəti təqdim edib.