Bakı,AzerVoice
Əbu Əli Hüseyn ibn Səfvan ibn İshaq ibn İbrahim Bərdəi mühəddis idi. Muhəmməd ibnü’l-Fərəc əl-Rəzzaq, Muhəmməd ibn Şəddad əl- Müsəmməi, Əbü’l-Abbas əl-Bərəti, Cə’fər ibn Əbi Osman ət-Təyalisi, İbn Əbi Dünyadan hədis dinləmiş və nəql etmişdi. Şəmsəddin Zəhəbi onun İbn Əbi Dünyanın yaxın dostlu olduğunu qeyd etmişdi.
Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal Səlmasi, Muhəmməd ibn Abdullah ibn Əxi Meymi, Əbu Abdullah ibn Dost, Əbü’l- Hüseyn ibn Buşran, Übeydullah ibn Əbü’l-Fəth ondan hədis dinləmişdi. Əbu Əli Hüseyn Bərdəi ‚ustadi-əhəd‛ yəni misli olmayan müəllim ləqəbi ilə və xəlifənin imamı (pişnamazı) kimi tanınmışdı. H. 340-cı ildə (951) Qahirədə vəfat etmişdi.
Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …
