Əsas səhifə » Tunisdə vəfat edən azərbaycanlı alim Muhəmməd Bərdəi
Din

Tunisdə vəfat edən azərbaycanlı alim Muhəmməd Bərdəi

Bakı,AzerVoice

İbnü’l-Bərdəi ləqəbi ilə məşhur olmuş Əbu Abdullah Muhəmməd Bərdəi ərəb filologiyası və ədəbiyyatı üzrə yaşadığı dövrün ən görkəmli alimlərindən biri idi.
Əbu Əli əş-Şülubeyn onun müəllimi olmuşdu. Bundan başqa Əbu Zərr əl-Xuşəni, Əbü’l- Həsən ibn Xüruf, Əbu Əli ər-Rəndi kimi alimlərdən də dərs almışdı. Əbu Abdullah Muhəmməd Bərdəi ərəb ədəbiyyatı, ərəb dilinin qrammatikasına dair bir sıra məqalə və kitabın müəllifi idi. ‚Məsailü’n-Nəxb‛, ‚Fəslü’l-Məqal fi Əbniyyətü’l-Əfa’l‛, ‚əl-İfsah bi-Fəvaidü’l-İzah‛, ‚əl-İqtirah fi Təlxisü’l-İzah‛, ‚Tətəbbəhu bi’ş-Şərhü’t-Təmim və’l- İslah‛, ‚ən-Nəqz ələ’l-Müməttə‘‛, ‚Fəslü’l-Məqal fi Təlxis Əbniyyəti’l-Əfal‛, ‚Čarrətü’l- İsbah fi Şərhu Əbyati’l-İzah‛ onun bu sahədə qələmə aldığı əsərlərdəndir. Bundan başqa o, şeir və nəsr əsərləri qələmə almışdı. Alim h. 575-ci ildə (1179) anadan olmuş, h. 14 cəmadiəlaxir 646-cı ildə (3 oktyabr 1248) Tunisdə vəfat etmişdi.

Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

Digər Kateqoriyalar

2025 © Azervoice