BAKI, AzerVoice
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
AzerVoice xəbər verir ki, UEFA-nın rəsmi saytında yayılan məlumata görə, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Artıq Avropa futbol qurumunun platformasında Azərbaycan çempionunun ev görüşlərinin məkanı mərkəzi arena kimi göstərilib.
Xatırladaq ki, "Qarabağ" Liqa mərhələsində ümumilikdə səkkiz oyun keçirəcək – dördü evdə, dördü isə səfərdə. Komanda əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika" ilə qarşılaşma ilə başlayacaq. İlk ev oyunu isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" klubuna qarşı olacaq.