Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Venesueladan ABŞ-a xəbərdarlıq: "Torpaqlarımızdan uzaq durun"

    31 Avqust 2025 09:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Venesuela prezidenti müavini və neft naziri Delsi Rodriges ABŞ-ı ölkəsinin sahillərindən və ərazisindən uzaq durmağa çağırıb.

    AzerVoice xəbər verir ki, Karabobo əyalətində çıxış edən Rodriges ABŞ hökumətini Karib dənizinə hərbi gəmilər göndərməklə düşmənçilik fəaliyyəti göstərməkdə ittiham edib.

    “Öz problemlərinizi həll edin və sahillərimizdən, torpaqlarımızdan uzaq durun. Əgər ABŞ ölkəmizə hücum etməyə cəhd edərsə, Venesuela onların ən böyük kabusuna çevriləcək” – deyə Rodriges Vaşinqton rəhbərliyinə səslənib.

    O, ABŞ-ın Venesuelanın zəngin enerji ehtiyatlarına əl qoymaq niyyətində olduğunu iddia edərək əlavə edib: “Onlar anlamalıdırlar ki, ABŞ təbiəti istismar edən imperialist və ekspansionist bir dövlətdir. Digər ölkələrə öz müstəmləkəsi kimi baxır. Halbuki bu gün özü sosial, iqtisadi və siyasi böhran içindədir.”

    Rodriges həmçinin ABŞ-ın Venesuela rəhbərliyini “narko-terrorçu dövlət” adlandırmasını rədd edib: “Simon Bolivar və Hüqo Çavesin nəcib xalqını narkotik qaçaqmalçılığı ilə ittiham etmək böyük saxtakarlıq və əxlaqsızlıqdır. Bu, tarixin ən böyük yalan və böhtanlarından biridir.”

    Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl imzaladığı sərəncamla Latın Amerikası narkotik kartellərinə qarşı mübarizə adı altında ordunun daha geniş istifadəsinə icazə vermişdi. Avqustun 8-də isə ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduro haqqında məlumat verilməsi müqabilində mükafatı 25 milyon dollardan 50 milyon dollara qaldırmışdı.

    Vaşinqton administrasiyası Maduronun on ildən artıq müddətdə ABŞ tərəfindən narkotik qaçaqmalçılığına görə məsul tutulan “Cartel de los Soles”in rəhbəri olduğunu iddia edir. ABŞ Maliyyə Nazirliyi iyulun 25-də həmin karteli “Xüsusi Müəyyənləşdirilmiş Qlobal Terrorçu” təşkilat kimi tanımışdı. Trampın göstərişi ilə Karib hövzəsinə Venesuela sahillərinə bir sualtı qayıq və yeddi hərbi gəmidən ibarət donanmanın göndərildiyi açıqlanmışdı.

    #ABŞ #Donald Tramp #Venesuela #Nikolas Maduro #Venesuelalı miqrantlar #Venesuelada Cinayət #Venesuela xəbərləri #Nikolas Maduro çıxışı #Maduro çağırışı #ABŞ Venesuela gəmilər #Venesuela mülki könüllülər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59
    XƏBƏR LENTİ

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.