BAKI,AzerVoice
Tacikistanın paytaxtı Düşənbə şəhərində Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən rəsmi mərasimlə qarşılanıb.
AzerVoice xəbər verir ki, “Millət Sarayı”nın həyətində Qırğızıstan və Tacikistanın dövlət bayraqları ucaldılıb, Fəxri qarovul dəstəsi düzülüb və mərasim üçün qırmızı xalça sərilib.
Prezident Sadır Japarovun Tacikistana dövlət səfəri münasibətilə keçirilən bu təntənəli mərasim zamanı 21 artilleriya atəşi açılıb.
Daha sonra dövlət başçıları Fəxri Qarovul sırasını nəzərdən keçirib, qarşı tərəfin nümayəndə heyətləri ilə tanış olublar.
Rəsmi mərasim başa çatdıqdan sonra prezidentlər “Millət Sarayı”nın foyesində xatirə şəkli çəkdiriblər və ardınca dar tərkibdə rəsmi danışıqlara keçiblər.
Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bir sıra görüş və sənəd imzalanmaları gözlənilir.





