BAKI, AzerVoice
Qırğızıstan Prezidenti Sadır Caparov, Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə 8-9 iyul tarixlərində cavab olaraq dövlət səfəri ilə Tacikistana gedəcək.
AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstan prezident administrasiyasından məlumat verilib.
Dövlət səfəri çərçivəsində, Tacikistan Prezidenti Emoməli Rəhmon ilə iki tərəfli danışıqların keçirilməsi, həmçinin parlamentin iki palatasının sədrləri və ölkənin baş naziri ilə görüşlər planlaşdırılıb.
Səfər zamanı Qırğızıstan və Tacikistan prezidentlərinin birgə bəyanat qəbul etməsi və bir sıra iki tərəfli sənədlərin imzalanması gözlənilir.
Bundan əlavə, səfər çərçivəsində Qırğız-Tacik iqtisadi və investisiya forumunun təşkil olunması və iki ölkənin incəsənət nümayəndələrinin iştirakı ilə "Əbədi Dostluq" konsertinin keçirilməsi planlaşdırılır.
Bu səfər, Qırğızıstan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi məqsədini daşıyır.