Əsas səhifə » Qırğızıstan və İranın Konsulluq Əməkdaşlıq Məsələləri Müzakirə Edildi

Qırğızıstan və İranın Konsulluq Əməkdaşlıq Məsələləri Müzakirə Edildi

BAKI,AzerVoice

Qırğızıstanın Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin Direktoru Seytek Cumaqadır oğlu, İranın Qırğızıstandakı səfiri Qolam Hüseynə Yadəqari ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər konsulluq sahəsində ikitərəfli əməkdaşlığın aktual məsələlərini geniş şəkildə müzakirə ediblər.

İki ölkənin ərazisində yaşayan Qırğızıstan və İran vətəndaşlarının hüquqlarının və qanuni maraqlarının qorunmasını təmin etməyə yönəlmiş birgə tədbirlərə xüsusi diqqət yetirilib.

Həmçinin dövlət xidmətlərinin səmərəliliyini və əlçatanlığını artırmağa yönəlmiş konsulluq və miqrasiya prosedurlarının sadələşdirilməsinin mümkün yolları müzakirə edilib.

Hər iki tərəf qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı daha da gücləndirmək məqsədilə müvafiq dövlət qurumları arasında aktiv və konstruktiv əməkdaşlığın vacibliyini vurğulayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice