14
BAKI, AzerVoice
Qırğızıstan Prezidenti Sadır Japarov bu gün, 30 may tarixində “Mərkəzi Asiya–İtaliya” sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə işgüzar səfərə gedib.
AzerVoice xəbər verir ki, təyyarəsi Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanına enib.
Sadır Japarovu Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanında Mərkəzi Asiya ölkələrinin və İtaliyanın dövlət bayraqları asılıb, xalça sərilib və şərəf qarovulu düzülüb.