18
BAKI, AzerVoice
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sammiti bu ilin payızında Qırğızıstanda keçiriləcək.
AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Çolpon-Ata şəhərində keçirdiyi görüşdən sonra bildirib.
“Bu il payızda Qırğız Respublikasında keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında Rusiya dövlət başçısının iştirakını gözləyirik” - deyə. Kulubayev qeyd edib.