Əsas səhifə » Antalya Böyükşəhər Bələdiyyəsinin Sədri barədə həbs tələbi irəli sürülüb

Antalya Böyükşəhər Bələdiyyəsinin Sədri barədə həbs tələbi irəli sürülüb

BAKI, AzerVoice

Türkiyədə Antalya Baş Prokurorluğunun korrupsiya ittihamı ilə apardığı istintaq çərçivəsində saxlanılan Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek barəsində həbs tələbi irəli sürülüb.

AzerVoice türk KİV-lərinə istinadən xəbər verir ki, Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek və onun keçmiş həyat yoldaşı saxlanılıb. Böcekin oğlu barəsində də həbs qərarı çıxarılıb, lakin onun hazırda ölkə xaricində olduğu bildirilib.

“Üç şübhəli barəsində iki ayrı əməl üzrə rüşvət cinayəti çərçivəsində aparılan istintaqda axtarış, əmlaka əl qoyma və həbs tədbirləri həyata keçirilib” - deyə, prokurorluğun verdiyi açıqlamada qeyd olunub.

Antalya Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi əməkdaşları şübhəlilərin ünvanlarında axtarış aparıb və bu proses yekunlaşıb.

Digər Kateqoriyalar

2025 © Azervoice