Əsas səhifə » ABŞ-İran gərginliyi regionda fəlakətli nəticələrə yol aça bilər - Qətər XİN

ABŞ-İran gərginliyi regionda fəlakətli nəticələrə yol aça bilər - Qətər XİN

BAKI, AzerVoice

Qətər, ABŞ-ın İranda yerləşən nüvə obyektlərinə endirdiyi zərbələrdən dərin təəssüf hissi keçirdiyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada deyilir.

Açıqlamada qeyd olunub ki, bu gərginliyin artması Yaxın Şərqdə fəlakətli nəticələrə yol aça bilər.

“Qətər Dövləti, İran İslam Respublikasına qarşı son hava hücumlarından sonra yaranmış vəziyyətin kəskinləşməsindən təəssüf hissi keçirir və hadisələrin inkişafını narahatlıqla izləyir” – deyə, açıqlamada bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 22-ə keçən gecə ölkəsinin Hərbi Hava Qüvvələrinin İran ərazisində üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana qarşı uğurlu hücum həyata keçirdiyini açıqlamışdı. O, həmçinin İranı İsrail ilə münaqişəni dayandırmağa çağırmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice