Əsas səhifə » Qətər və Türkmənistan futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb

Qətər və Türkmənistan futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb

BAKI,AzerVoice

Türkmənistan Futbol Federasiyası ilə Qətər Futbol Assosiasiyası arasında futbol sahəsində ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədilə əməkdaşlıq sazişi imzalanıb.

AzerVoice xəbər verir ki, imzalanma mərasimi Qətərin paytaxtı Dohada yerləşən Qətər Futbol Assosiasiyasının Al-Bidda qərargahında keçirilib.

Sazişi Qətər Futbol Assosiasiyasının rəhbəri Cəssim bin Raşid əl-Buenain və Türkmənistan Futbol Federasiyasının rəhbəri Guvançmyrat Övekov imzalayıblar.

Tədbirdə həmçinin hər iki ölkənin futbol qurumlarının baş katibləri – Mansur əl-Ənsari və Serdar Geldiyev də iştirak ediblər.

Bu sənəd Qətər Futbol Assosiasiyasının Asiya ölkələrinin futbol federasiyaları ilə əməkdaşlıq əlaqələrini genişləndirmək və regionun dost ölkələri ilə münasibətləri möhkəmləndirmək istiqamətində atdığı növbəti strateji addım kimi qiymətləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice