Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Avropada sərt miqrasiya siyasəti fonunda İspaniya 500 min miqrantı leqallaşdırır

    29 Yanvar 2026 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    İspaniya hökuməti qeyri-qanuni miqrantların leqallaşdırılması ilə bağlı Avropada fərqlənən qərar qəbul edib.

    AzerVoice xəbər verir ki, Avropanın bir sıra ölkələrində və ABŞ-də miqrasiya siyasətinin sərtləşdirildiyi bir vaxtda İspaniya hökuməti təxminən 500 min sənədsiz miqrantın hüquqi status almasını nəzərdə tutan proqramı həyata keçirməyə hazırlaşır. Qərar ölkədə “kölgə iqtisadiyyatı”nda çalışan on minlərlə miqrant üçün yeni imkanlar yaradacaq.

    İspaniyanın miqrasiya naziri Elma Saiz bildirib ki, leqallaşdırma proqramından yararlanan şəxslər ölkənin istənilən bölgəsində və istənilən sahədə rəsmi işləmək hüququ əldə edəcəklər. Onun sözlərinə görə, bu addım miqrasiyanın iqtisadi və sosial baxımdan müsbət təsirini nümayiş etdirir və artıq ölkədə yaşayan insanlara ləyaqətin qaytarılması məqsədi daşıyır.

    Baş nazir Pedro Sançes isə vurğulayıb ki, miqrant axını İspaniya üçün əmək bazarındakı boşluqların doldurulması və əhalinin qocalması fonunda pensiya və sosial təminat sisteminin qorunması baxımından vacibdir.

    Qeyri-hökumət təşkilatları da bu qərarı müsbət qiymətləndirir. Sənədsiz Miqrantlar Platformasının nümayəndəsi Lætisiya Van der Vennet bildirib ki, bu addım Avropa və ABŞ-də güclənən anti-miqrant dalğası fonunda humanist və rasional yanaşmanın nümunəsidir.

    Proqram İspaniyada ən azı beş ay yaşayan və 2025-ci il dekabrın 31-dək beynəlxalq müdafiə üçün müraciət etmiş şəxsləri əhatə edəcək. Leqallaşdırma həmçinin artıq ölkədə yaşayan uşaqlara da şamil olunacaq. Müraciətlərin qəbulu aprel–iyun aylarında həyata keçiriləcək.

    Hökumət bu qərarı parlament təsdiqi olmadan, fərmanla qəbul edib. Müxalifətdə olan Xalq Partiyası və ifrat sağçı Vox bu addımı tənqid edərək, miqrant axınının sosial sistemə əlavə yük yaradacağını iddia edir.

    Rəsmi statistikaya görə, ötən il İspaniyaya qeyri-qanuni miqrasiya 40 faizdən çox azalıb. Buna səbəb kimi Mərakeş və Qərbi Afrika ölkələri ilə təhlükəsizlik və əməkdaşlıq üzrə əldə olunan razılaşmalar göstərilir.

    #İspaniya 500 min qeyri-qanuni miqrantı leqallaşdırır #Avropada sərt siyasət #Madriddə humanist yanaşma #İspaniya miqrasiya kursunu dəyişir #Miqrantlar üçün İspaniyada yeni mərhələ başlayır #Madrid miqrantların leqallaşdırılmasına start verir #İspaniya miqrasiya siyasəti ilə Avropadan fərqlənir #İspanya 500 bin göçmeni yasallaştırıyor #Avrupa sertleşirken Madrid kapılarını açıyor #İspanya’dan göçmenlere yeni adım #Madrid göçmen politikasında rota değiştiriyor #İspanya’da yarım milyon göçmen için yeni dönem #Göçmenlere umut veren İspanya kararı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropada sərt miqrasiya siyasəti fonunda İspaniya 500 min miqrantı leqallaşdırır

    29 Yanvar 2026 04:00

    Moskva Suriyada əldə olunan irəliləyişi alqışlayır

    28 Yanvar 2026 22:35

    ABŞ-ın regionumuzdan çıxmasının vaxtı çatıb - SEPAH komandanı

    28 Yanvar 2026 22:18

    Türkiyədə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclası keçirilib

    28 Yanvar 2026 22:04

    Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ABŞ-a vasitəçilik təklif edib - ABŞ rəsmiləri

    28 Yanvar 2026 21:33

    PAL Cooling Holding BƏƏ-də mərkəzləşdirilmiş soyutma bazarında mövqeyini gücləndirir

    28 Yanvar 2026 20:28

    Tramp SDQ-yə qarşı Şəraanı dəstəklədiyini bildirib

    28 Yanvar 2026 20:06

    HƏMAS Qəzza idarəçiliyini fələstinli texnokratlar komitəsinə təhvil verməyə hazır olduğunu bildirib

    28 Yanvar 2026 18:57

    Avropada Donald Trampın psixi durumu ilə bağlı narahatlıqlar artır

    28 Yanvar 2026 18:50

    BƏƏ Prezidenti Moskvaya səfər edəcək

    28 Yanvar 2026 16:22

    ABŞ-ın Venesuela əməliyyatında istifadə etdiyi gizli silahın detalları açıqlanıb

    28 Yanvar 2026 13:08

    Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verilməyəcək - Netanyahu

    28 Yanvar 2026 12:52
    Demo
    XƏBƏR LENTİ

    Avropada sərt miqrasiya siyasəti fonunda İspaniya 500 min miqrantı leqallaşdırır

    Bu gün Corc Buş Konqresdə çıxışı zamanı İraq, İran və Şimali Koreyanı “şər oxu” adlandırdı

    Tarixdə bu gün - 29 yanvar

    Moskva Suriyada əldə olunan irəliləyişi alqışlayır

    ABŞ-ın regionumuzdan çıxmasının vaxtı çatıb - SEPAH komandanı

    Türkiyədə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclası keçirilib

    Trampın İranla bağlı qərarını müəyyən edəcək altı amil hansılardır?

    Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ABŞ-a vasitəçilik təklif edib - ABŞ rəsmiləri

    Ukraynadakı diaspor rəhbəri dövlət mükafatı ilə təltif olunub

    Energetika Nazirliyində Azərbaycan–Aİ enerji əməkdaşlığı müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.