Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Qara qutunun analizi 2 ay çəkəcək - Yaşar Gülər

    17 Noyabr 2025 22:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Gürcüstanda baş verən və 20 türk hərbçisinin şəhid olması ilə nəticələnən C-130 tipli hərbi təyyarə qəzasına dair aparılan araşdırmaların son vəziyyəti barədə məlumat verib. Nazir qara qutunun hazırda TUSAŞ tərəfindən araşdırıldığını və ilkin nəticələrin əldə olunmasının ən azı iki ay çəkəcəyini açıqlayıb.

    AzerVoice-un məlumatına görə, Kabinet iclası sonrası jurnalistlərin suallarını cavablandıran Yaşar Gülər bildirib ki, qəzaya məruz qalan təyyarənin qara qutuları Türkiyəyə gətirilib və ekspertiza işləri davam edir. "Qara qutu hazırda TUSAŞ tərəfindən incələnir. Qutuların açılması və ilkin nəticələrə çatmaq prosesi ən azı 2 ay çəkəcək. C-130 təyyarələrini 1957-ci ildən bəri istifadə edirik. Bu müddətdə yalnız bir dəfə mühərrik yanğını baş verib, ümumilikdə etibarlı təyyarədir” – deyə Gülər qeyd edib.

    Nazir həmçinin ilkin araşdırmaların göstərdiyinə görə, təyyarənin əvvəlcə quyruq hissəsinin qırıldığını, ardından isə gövdənin üç hissəyə bölündüyünü bildirib.

    Prezident Rəcəb Tayyib Ərdoğan isə məsələ ilə bağlı verdiyi açıqlamada qəzaya dair məlumatların şəffaf şəkildə paylaşılacağını vurğulayıb.
    “Heyətimizin topladığı məlumatlar və qara qutunun təhlili nəticəsində, 20 şəhid verdiyimiz bu faciənin səbəbləri çox daha aydın olacaq. Bu məlumatlar ilk növbədə şəhid yaxınları olmaqla, bütün ictimaiyyətlə açıq şəkildə bölüşüləcək.”-deyə prezident bildirib.

    Hadisə ilə bağlı rəsmi araşdırmalar davam edir. Təyyarənin qəza səbəblərinin tam olaraq müəyyənləşdirilməsi üçün həm qara qutuların detallı təhlili, həm də hadisə yerində aparılan texniki araşdırmalar mühüm əhəmiyyət daşıyır.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Türkiyənin Milli Müdafiə nazirliyi #TUSAŞ #Yaşar Gülər #C-130 tipli hərbi təyyarə qəzası #Qara qutunun ekspertizası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahunun etdikləri cavabsız qalmayacaq - Ərdoğan

    2 Yanvar 2026 16:16

    Türkiyə bələdiyyəsi yanğınsöndürmə maşını alacaq

    1 Yanvar 2026 16:50

    İstanbul Havalimanı 2025-ci ildə 84,4 milyon sərnişin qəbul edib

    1 Yanvar 2026 16:44

    Türkiyənin bəzi vilayətlərində məktəblərdə dəsrslərəf fasilə verilib

    1 Yanvar 2026 16:38

    2026 nüvə ili olacaq - Alparslan Bayraktar

    1 Yanvar 2026 16:28

    Türkiyə bələdiyyəsi üç ədəd elektrikli avtobus alacaq

    1 Yanvar 2026 15:47

    İstanbulda 135 işyeri tikintisi üzrə tender elan edilib

    31 Dekabr 2025 12:40

    Ərdoğan, Somali Prezidentini qəbul edib

    30 Dekabr 2025 17:51

    İstanbul sahillərində Azərbaycan bayraqlı tanker üçün təcili yardım çağırışı verildi

    30 Dekabr 2025 13:43

    Tramp Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etməyəcəyini bildirib

    30 Dekabr 2025 09:25

    "Milan"ın hücumçusu "Fənərbağça"ya keçməyə çox yaxındır

    30 Dekabr 2025 09:24

    Türkiyə Ermənistanla münasibətlərdə daim Azərbaycanla koordinasiyalı fəaliyyət göstərib - Ceyhun Bayramov

    26 Dekabr 2025 16:07
    Demo
    XƏBƏR LENTİ

    Qəzzadakı silahlarımız İsrail üçün real təhlükə yaratmır - HƏMAS

    Tarixdə bu gün – 3 yanvar

    Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib

    Mask Somalinin BMT-dəki aimi nümayəndəsinin həbs olunmasına çağırıb

    Ancelina Coli "Rəfah" keçid məntəqəsini ziyarət edib

    Kanada Baş naziri Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedəcək

    Britaniyada açıqlanan sənədlər Toni Bleyerin İraq müharibəsində iştirak etmiş britaniyalı hərbçilərin məhkəməsinə təsir göstərdiyi iddialarını gündəmə gətirib

    Kocaelidə 18 İŞİD üzvü həbs edilib

    Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

    İraq Səddam Hüseyndən sonra: diktaturadan “Frankenşteyn dövlətinə” doğru

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.