Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır - Rufiz Hafizoğlu

    17 Noyabr 2025 11:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın əlaqələrinin sürətlə genişlənməsi regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına səbəb olur. Bu dinamika, xüsusilə, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra daha da güclənib və yeni regional konsepsiyaların aktuallaşmasına gətirib çıxarıb.

    AzerVoice xəbər verir ki, bu barədə politoloq Rufiz Hafizoğlu AZƏRTAC-a açıqlamasında bildirib.

    Onun sözlərinə görə, yaşanan proseslər fonunda Azərbaycanın həm Cənubi Qafqazda super dövlət, Yaxın Şərqdə vasitəçi, Avropada etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi, eyni zamanda Mərkəzi Asiya platformalarında paralel aktiv iştirakı artıq adi diplomatiya çərçivəsindən kənara çıxır. Politoloq bunu “ikiqat identiklik” adlandırılan yeni geopolitik model kimi qiymətləndirib.

    “Azərbaycanın coğrafi mövqeyi onu tarixən həm Qafqaz regionunda, həm də Xəzər hövzəsi və Türk dünyası daxilində koordinasiya edən körpü dövlətinə çevirib. Bu amil ölkə rəhbərliyi tərəfindən strateji şəkildə və yüksək siyasi ustalıqla istifadə olunub. Artıq Azərbaycan, sadəcə, körpü rolunda çıxış etmir, regional sistemin identiklik və təsir gücünə sahib aktoruna çevrilib”, - deyə Rufiz Hafizoğlu vurğulayıb.

    O qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda faktiki şəkildə yeni güc mərkəzidir. Eyni zamanda, Mərkəzi Asiyada və geniş mənada Türk dünyasında yalnız enerji və nəqliyyat baxımından deyil, siyasi və ideoloji baxımdan da birləşdirici funksiyanı yerinə yetirir.

    “Türk Dövlətləri Təşkilatı, Türk İnvestisiya Fondu, türk zirvələri, sadəcə, mədəni əməkdaşlıq platformaları deyil, eyni zamanda, siyasi və iqtisadi koordinasiya mexanizmlərinin yaradılması istiqamətində strateji addımlardır. Azərbaycan bu prosesin ən aparıcı dayaqlarından biridir”, - deyə politoloq bildirib.

    Onun sözlərinə görə, Çin-Mərkəzi Asiya-Azərbaycan-Türkiyə-Avropa xəttini birləşdirən Orta Dəhliz artıq təkcə nəqliyyat infrastrukturu deyil, “geosiyasi dəhliz” statusu qazanır və bu marşrutda Azərbaycanın rolu həlledicidir.

    “Münaqişə ocağı” imicini arxada buraxan Azərbaycan, öz gücü ilə beynəlxalq hüququ bərpa edərək yeni regional şərtləri diktə edən dövlət statusu qazanıb. Bu, Bakı ilə əməkdaşlığı Mərkəzi Asiya ölkələri üçün daha da cəlbedici edir, eyni zamanda, Qərb üçün Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu gücləndirir.

    Politoloq hesab edir ki, Azərbaycan Cənubi Qafqazı “lokal zona”dan çıxararaq daha geniş geosiyasi məkanlara inteqrasiya etdirə bilib ki, bu da ölkənin ən mühüm strateji nailiyyətlərindən biridir.

    Rufiz Hafizoğlunun fikrincə, bu gün Azərbaycan Mərkəzi Asiya üçün həm Türkiyə ilə əməkdaşlığın platforması, həm də Rusiyadan asılılığın azaldılmasında alternativ siyasi vektordur. “Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya platformalarında paralel fəallığı “ikiqat identiklik” modelini nəzəri düşüncə olmaqdan çıxararaq real strateji xəttə çevirir”, - deyə o bildirib.

    R.Hafizoğlu sonda qeyd edib ki, proses bu dinamika ilə davam edərsə, yaxın illərdə Azərbaycan təkcə Cənubi Qafqazın lideri deyil, bütün Türk dünyasında və Avrasiya məkanında sistemqurucu aktor kimi çıxış edəcək: “Bu halda “ikiqat identiklik” anlayışı, sadəcə, akademik termindən ibarət olmayacaq, Azərbaycanın yeni dövlət konsepsiyasının əsasını təşkil edəcək”.

    #Azərbaycan #Bakı #Rufiz Hafizoğlu #Mərkəzi Asiya #Mərkəzi Asiya inteqrasiyası #Türk dünyası geosiyasəti #Azərbaycan regional liderliyi #Orta Dəhliz geosiyasi əhəmiyyəti #Cənubi Qafqaz təhlükəsizlik arxitekturası #Yeni regional reallıqlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    12 Fevral 2026 17:00

    "Balkan qəssabı" ləqəbi ilə tanınan keçmiş Yuqoslaviya prezidentinin məhkəmə prosesi başladı

    12 Fevral 2026 02:00

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    11 Fevral 2026 22:00

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    11 Fevral 2026 21:47

    Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

    11 Fevral 2026 21:24

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    11 Fevral 2026 20:22

    Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını ayrı-seçkiliyə yol verməməyə və qayıdış hüququna dəstək verməyə çağırır

    11 Fevral 2026 17:31

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir

    11 Fevral 2026 16:56

    Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşüb

    11 Fevral 2026 16:41
    XƏBƏR LENTİ

    Qırğızıstan parlamentinin yeni sədri bəlli olub

    Çin Venesuela neftinin idxalını bərpa edib

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.