Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Türk Dünyası Avropa ilə dialoqunu gücləndirir: Polşada Türk Mədəniyyəti və İrsi Fondunun yeni mədəni-akademik təşəbbüslərinə start verilib

    17 Noyabr 2025 10:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    13–14 noyabr 2025-ci il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Polşaya rəsmi səfəri çərçivəsində Avropada türk mədəni irsinin təbliği və akademik əməkdaşlığın inkişafına yönəlmiş bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib.

    Beynəlxalq Türkologiya Konfransının açılış mərasimi

    Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun və Asiya və Afrika Mədəniyyətləri Fakültəsinin dəstəyi ilə Beynəlxalq Türkologiya Konfransı keçirilib.

    Açılış mərasimində çıxış edən Fondun Prezidenti Aktotı xanım Raimkulova Avropada türk irsinə artan marağı vurğulayaraq bildirib ki, Varşava Universiteti ilə akademik əməkdaşlığın gücləndirilməsi birgə elmi layihələr üçün yeni perspektivlər açır.

    Açılışda diplomatik korpusun, eləcə də Azərbaycan, Türkiyə və Özbəkistanın aparıcı universitetlərinin nümayəndələri və türkologiya sahəsində ixtisaslaşmış alimlər iştirak ediblər.

    Konfrans çərçivəsində Varşava Universiteti ilə Türk dünyasının aparıcı akademik qurumları arasında elmi mübadilənin genişləndirilməsi və əməkdaşlıq imkanlarının inkişafı məsələləri müzakirə olunub.

    Xüsusi diqqəti Türk Dünyasını əks etdirən qədim Avropa xəritələrinin nümayiş olunduğu sərgi cəlb edib. Sərgi qazaxıstanlı tədqiqatçı Muhit-Ardager Sıdıknazarov tərəfindən hazırlanıb.

    Türk Mədəni İrs Mərkəzinin yaradılmasına dair Sazişin imzalanması

    Səfərin əsas məqamlarından biri Varşava Universiteti nəzdində Türk Mədəni İrs Mərkəzinin yaradılması haqqında Sazişin imzalanması olub.

    Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Universitetin prorektoru, Prof. Eva Kroqulek imzalayıblar.

    Yeni Mərkəzin fəaliyyəti aşağıdakı istiqamətlərə yönələcək:

    • türk xalqlarının mədəni irsinin təbliği;

    • elm və təhsillə bağlı təşəbbüslərin inkişafı;

    • interaktiv sərgilərin və seminarların təşkili;

    • Polşada türk xalqlarına dair ictimai marağın artırılması.

    Varşava Universitetinin Kitabxanasına ziyarət

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Varşava Universitetinin Kitabxanasının direktoru Kristof Nierzviki ilə görüşüb. Görüşdə qədim yazılı mənbələrin tədqiqi və bərpası, birgə elmi layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

    Fond ilə Asiya və Sakit Okean Muzeyi arasında əməkdaşlığın genişləndirilməsi

    Səfər çərçivəsində Fondun prezidenti Asiya və Sakit Okean Muzeyini ziyarət edib və muzeyin direktoru Yozef Zalevski ilə görüşüb. Tərəflər muzeyin türk xalqları ilə bağlı kolleksiyaları və gələcək mədəni əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

    Fond ilə Asiya və Sakit Okean Muzeyi arasında əməkdaşlığın genişləndirilməsi

    Səfər çərçivəsində Fondun Prezidenti Asiya və Sakit Okean Muzeyini ziyarət edərək muzeyin direktoru Yozef Zalevski ilə görüşüb. Tərəflər muzeyin türk xalqları ilə bağlı kolleksiyaları və gələcək mədəni əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

    Belostoka işgüzar səfər

    14 noyabr tarixində nümayəndə heyəti Belostok şəhərinə səfər edib və burada şəhər merinin müavini Rafal Rudniki, eləcə də ölkənin Müsəlman Dini İttifaqının rəhbəri və tatar icmasının lideri olan Polşanın Baş müftisi Tomasz Miskievicz ilə görüşlər keçirilib.

    Tərəflər aşağıdakı məsələləri müzakirə ediblər:

    mədəniyyətlərarası dialoqun inkişafı;

    qədim türklərdən olan Polşa tatarları ilə əməkdaşlıq;

    humanitar və mədəni sahələrdə birgə layihələrin perspektivləri.

    Qeyd olunub ki, artıq 600 ildən çoxdur ki, Belostok bölgəsində tatarlar və karaimlər — türk irsinin varisləri — birgə yaşayaraq Polşanın tarixi və mənəvi mirasının ayrılmaz hissəsinə çevriliblər.

    Meriyada keçirilən görüş zamanı Türk irsinin təbliğinə, ictimai təşəbbüslərin dəstəklənməsinə və mədəni mübadilənin genişləndirilməsinə yönəlmiş yeni beynəlxalq layihələrin həyata keçirilməsi barədə razılığa gəlinib.

    Belostoka səfər Avropanın Türk mənşəli etnik icmaları ilə qarşılıqlı əlaqələri gücləndirməklə yanaşı, türk dünyasının Avropanın mədəni irsinə verdiyi töhfənin xüsusi önəm kəsb etdiyini də vurğulayıb.

    Səfərin icmalı

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin Polşaya səfəri mədəni diplomatiyanın inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olub.

    İmzalanmış razılaşmalar, elmi tədbirlər və yüksək səviyyəli görüşlər türk irsinin Avropada təbliği üçün yeni imkanlar yaradır, Türk dünyası ilə Avropa institutları arasında strateji dialoqu möhkəmləndirir, həmçinin Avropa ölkələrində türk mədəniyyətinin və irsinin qorunmasına, inkişafına və geniş şəkildə tanıdılmasına töhfə verir.

    #Türkiyə #Azərbaycan #Özbəkistan #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Polşa #Varşava Universiteti Türkologiya Konfransı #Türk irsinin Avropada tanıdılması #Polşa tatarları ilə əməkdaşlıq #Mədəni diplomatiya və türk dünyası #Qədim türk xəritələrinin sərgisi #Türk-Polşa akademik əməkdaşlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialına beynəlxalq ISO sertifikatları təqdim edilib

    26 Yanvar 2026 13:51

    PwC Azərbaycan və Bakı Fond Birjası Azərbaycanın kapital bazarlarının inkişafı üçün əməkdaşlığı gücləndirir

    26 Yanvar 2026 13:14

    İsrailin xarici işlər naziri Bakıda dini tolerantlığı vurğulayıb

    26 Yanvar 2026 12:45

    Ceyhun Bayramov ilə israilli həmkarı arasında təkbətək görüş keçirilir

    26 Yanvar 2026 12:45

    İqtisadiyyat nazirinin müavini Türkmənistanda SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak edib

    26 Yanvar 2026 11:49

    Son bir ildə Nazirliyin fəaliyyət sahələri üzrə 711 min e-arayış verilib

    26 Yanvar 2026 11:28

    Milli Məclisin sədri Bəhreyn Kralı ilə görüşdü

    26 Yanvar 2026 11:10

    İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir

    26 Yanvar 2026 10:44

    Daşaltı əməliyyatından 34 il ötür: faciə, qəhrəmanlıq və alınan qisas

    26 Yanvar 2026 09:25

    Türkiyədə zəlzələ baş verdi

    25 Yanvar 2026 22:25

    Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

    25 Yanvar 2026 21:15

    Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb

    25 Yanvar 2026 19:29
    Demo
    XƏBƏR LENTİ

    İran istənilən hücuma genişmiqyaslı cavab verəcək - İran XİN

    Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialına beynəlxalq ISO sertifikatları təqdim edilib

    Keçən il Türkiyədən Misirə kimyəvi maddə ixracı 637 milyon dolları keçib (ÖZƏL)

    ABŞ hökuməti yenidən qapanma təhlükəsi ilə üz-üzədir

    Zaqatalada qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə edilib

    Düzgün geyinmək çətindirmi? Kişilər üçün sadə və təsirli geyim qaydaları

    PwC Azərbaycan və Bakı Fond Birjası Azərbaycanın kapital bazarlarının inkişafı üçün əməkdaşlığı gücləndirir

    Serxio Ramos Sevilyanı almaq istəyir

    İsrailin xarici işlər naziri Bakıda dini tolerantlığı vurğulayıb

    Ceyhun Bayramov ilə israilli həmkarı arasında təkbətək görüş keçirilir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.