Əsas səhifə » ABŞ səfirliyi Bakıda Müstəqillik Günü tədbirini təxirə salıb

ABŞ səfirliyi Bakıda Müstəqillik Günü tədbirini təxirə salıb

BAKI, AzerVoice

ABŞ-ın Bakıdakı Müstəqillik Günü qəbulu təxirə salınıb.

AzerVoice xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi iyunun 27-nə planlaşdırılan Müstəqillik Günü qəbulunun bölgədəki son hadisələrə görə təxirə salındığını açıqlayıb.

“27 iyun 2025-ci il cümə gününə planlaşdırılan ABŞ Müstəqillik Günü Qəbulunun bölgədəki son hadisələrə görə təxirə salındığını təəssüflə bildiririk”- deyə Səfirliyin yaydığı rəsmi məlumatda bildiriib.

Qeyd edək ki, son günlərdə Yaxın Şərqdə və İran-İsrail xəttində artan hərbi gərginlik beynəlxalq tədbirlərin keçirilməsinə təsir göstərməkdə davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice