Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Yunanıstanda 15 yaşdan kiçik uşaqlara sosial media qadağası tətbiq ediləcək

    4 Fevral 2026 15:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Nailə Babazadə

    Yunanıstan hökuməti 15 yaşınadək uşaqların sosial media platformalarından istifadəsinin qadağan edilməsi ilə bağlı hazırlıqları yekunlaşdırmaq üzrədir.

    AzerVoice xəbər verir ki, rəsmi Afina rəqəmsal mühitdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə yeni məhdudiyyətlər üzərində işləyir.

    Yunanıstanın Rəqəmsal İdarəetmə Nazirliyi tərəfindən hazırlanan layihədə yaşın müəyyən edilməsi üçün mühüm infrastrukturdan istifadə olunacaq. Qeyd olunur ki, 2025-ci ilin noyabr ayından etibarən tətbiq edilən "Kids Wallet" proqramı uşaqların yaşını dəqiq təsdiqləmək üçün lazımi bazanı təmin edir. Bu sistem vasitəsilə platformalara daxil olan istifadəçilərin yaş həddinə uyğun olub-olmadığı yoxlanılacaq.

    Yeni qanun layihəsi təkcə uşaqlara deyil, həm də texnologiya nəhənglərinə qarşı sərt tədbirləri nəzərdə tutur. Hazırlanan sənəddə sosial media platformalarında yayılan nifrət nitqi və zərərli məzmunlara görə şirkət rəhbərlərinin fərdi şəkildə hüquqi məsuliyyət daşıması üçün xüsusi bəndlər yer alıb.

    Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis hələ 2025-ci ildə verdiyi bəyanatlarda uşaqların rəqəmsal dünyada qorunmasının hökumətin əsas prioritetlərindən biri olduğunu vurğulamışdı. O, sosial medianın gənclərin psixologiyasına mənfi təsirlərini azaltmaq üçün yaş limitinin tətbiqinin qaçılmaz olduğunu qeyd etmişdi. Layihənin yaxın vaxtlarda parlamentə təqdim edilməsi gözlənilir.

    #Yaponiya #sosial media #sosial media qadağası #Sosial media müzakirələri #sosial mediada irqçi yanaşmalar #Sosial media xəbərdarlığı #Sosial media dələduzluğu #sosial media psixoloji təsiri #16 yaşdan kiçik uşaqlar sosial media #sosial medianın təsiri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirak edəcək

    12 Yanvar 2026 10:52

    Türkiyə Yaponiyaya PUA təklifi edir: ANKA və Bayraktar modelləri gündəmdə

    8 Yanvar 2026 10:27

    Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib

    6 Yanvar 2026 09:29

    Honda Civic Türkiyə bazarından çıxarılır

    4 Yanvar 2026 15:51

    Şimali Koreya ilin ilk raket sınaqlarını keçirib

    4 Yanvar 2026 14:10

    İsrailin məskunlaşma planları beynəlxalq narazılıq doğurdu

    25 Dekabr 2025 09:58

    Bu gün Yaponiya Honkonqu işğal edib

    18 Dekabr 2025 09:00

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

    12 Dekabr 2025 09:10

    Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib

    9 Dekabr 2025 10:03

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinə qadağa qüvvəyə minir

    5 Dekabr 2025 11:54
    XƏBƏR LENTİ

    “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.