Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Amerika şirkətləri Venesuelanın neft sənayesinin bərpasına milyardlarla dollar sərmayə qoyacaq - Tramp

    3 Yanvar 2026 21:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Amerika şirkətləri Venesuelanın neft sənayesinin bərpasına milyardlarla dollar sərmayə qoyacaq.

    AzerVoice-un şənbə günü verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən mətbuat konfransında deyib.

    “Venesuelanın neft sənayesi uzun müddət dərin tənəzzül vəziyyətində olub. Neft hasilatının həcmi ölkənin malik olduğu və reallaşdıra biləcəyi potensialla müqayisədə demək olar ki, yox səviyyəsində idi. Bu sahəyə dünyanın ən iri Amerika neft şirkətləri cəlb olunacaq. Onlar milyardlarla dollar sərmayə qoyacaq, ciddi şəkildə dağıdılmış neft infrastrukturunu bərpa edəcək və ölkə iqtisadiyyatına gəlirlərin daxil olmasını təmin edəcəklər”, - deyə o bildirib.

    Tramp vurğulayıb ki, zərurət yaranarsa, ABŞ ikinci, daha genişmiqyaslı əməliyyatı həyata keçirməyə hazırdır.

    “Əvvəlcə ikinci mərhələnin lazım olacağı güman edilirdi, lakin hazırda buna ehtiyacın olmayacağı ehtimal olunur. Birinci mərhələ - belə demək mümkünsə - o qədər uğurlu oldu ki, ikinci mərhələyə, böyük ehtimalla, ehtiyac qalmayacaq. Bununla belə, biz buna tam hazırıq: söhbət xeyli daha böyük əməliyyatdan gedir. Hazırkı addımlar nöqtəvi xarakter daşıyırdı, lakin bizim daha genişmiqyaslı ssenarimiz də var və böyük ehtimalla, onu tətbiq etməyə ehtiyac olmayacaq”, – deyə ABŞ prezidenti qeyd edib.

    O bildirib ki, imkanları və əldə etdiyi nailiyyətləri sayəsində bütün dünyanın əməkdaşlıq etməyə can atdığı Amerika Birləşmiş Ştatları ilə Venesuelanın tərəfdaşlığı venesuela xalqını varlı, müstəqil və təhlükəsiz edə bilər.

    “Bu, eyni zamanda ABŞ-da yaşayan çoxsaylı venesuelalılar üçün də rahatlıq və sevinc gətirəcək. Onlar uzun müddət əziyyət çəkiblər, onlardan çox şey alınıb. Bu əzablara son qoyulacaq. Qeyri-legitim diktator Nikolas Maduro ABŞ ərazisinə ölümcül dərəcədə təhlükəli qanunsuz narkotiklərin nəhəng həcmdə qaçaqmalçılığına cavabdeh olan geniş cinayət şəbəkəsinin əsas fiquru olub”, – deyə Tramp bildirib.

    #ABŞ prezidenti Donald Tramp #Amerika şirkətləri #Venesuelanın neft sənayesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

    4 Yanvar 2026 22:41

    ABŞ-nin müdafiə məqsədləri üçün Qrenlandiyaya nəzarət etməsi lazımdır

    4 Yanvar 2026 22:01

    Serbiya hərbi gücünü növbəti il yarım ərzində təxminən iki dəfə artırmağı planlaşdırır

    4 Yanvar 2026 20:43

    Netanyahu Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı təhlükəsizlik müşavirəsi keçirəcək

    4 Yanvar 2026 20:11

    Səudiyyə Qəzzaya edilən humanitar yardımı artırır

    4 Yanvar 2026 18:19

    Myanmada kütləvi amnistiya: 6 mindən çox məhbus azad edilib, siyasi məhbuslar istisna

    4 Yanvar 2026 18:09

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat həyata keçirib - Tramp

    3 Yanvar 2026 21:11

    Tramp Maduronun əli qandallı fotosunu paylaşıb

    3 Yanvar 2026 20:46

    USACC "Tramp Marşrutu" üzrə dəyirmi masa keçirib

    22 Dekabr 2025 10:57

    İraq müharibəsinin memarı Bleyer, Qəzzada sülh göyərçini ola bilərmi

    3 Oktyabr 2025 12:00

    Trampın öldüyü barədə şayiələr... İnsanların bu qənaətə gəlməsinə səbəb olan əsas amillər

    4 Sentyabr 2025 12:32
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Pol Pot Kambocanın adını Kampuçiya olaraq dəyişdi

    Tarixdə bu gün – 5 yanvar

    Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

    ABŞ-nin müdafiə məqsədləri üçün Qrenlandiyaya nəzarət etməsi lazımdır

    Altı milyon əhali, on səkkiz fərqli məzhəb – Bura Livandır

    "Real Madrid" böyükhesablı qələbə ilə sevinib

    "Sabah" legioner İqor Noqeyranı komandada saxlamaq istəyir

    Salman Kanalı: Hörmüzdən kənar geoiqtisadi inqilab

    İranda etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub

    Serbiya hərbi gücünü növbəti il yarım ərzində təxminən iki dəfə artırmağı planlaşdırır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.